Həndbolçularımız “Challenge Trophy” yarışında ilk oyununu keçirdi
Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən “Challenge Trophy” yarışında Azərbaycan yığması ilk oyununa çıxıb.
Sportfm.az ki, meydan sahibləri ilə qarşılaşan yığmamız 34:16 hesabı ilə məğlub olub.
Qrupun digər oyununda isə Lüksemburq həndbolçuları Böyük Britaniya təmsilçilərindən üstün olublar - 28:20.
"B" qrupunda yarışan Azərbaycan millisi mayın 30-da növbəti oyununu Lüksemburq kollektivinə qarşı keçirəcək. Bosniya və Herseqovina komandası isə Böyük Britaniya yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, "A" qrupunun komandaları arasında keçirilən görüşlərdə Belçika komandası Estoniya yığmasına 31:18, Moldova kollektivi Kipr təmsilçisinə 30:22 hesabı ilə qalib gəlib. Yarışın ikinci günü Kipr Estoniyanı, Belçika Moldovanı sınağa çəkəcək.
Oxşar xəbərlər
Milli komandamız Bakıda uduzdu - ilkin təsnifat turniri
Bosniya və Herseqovina – Azərbaycan oyununda bərabərlik - Yoldaşlıq görüşü
Həndbolçularımız Finlandiya təmsilçilərini məğlub etdi
Həndbolçularımız Krasnodarda ilk qələbələrini qazandılar
Kipr yığmamızdan güclü oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası