reklam
Həndbolçularımız Krasnodarda ilk qələbələrini qazandılar
Sportfm.az xəbər saytı

Həndbolçularımız Krasnodarda ilk qələbələrini qazandılar


Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət həndbol yığması Rusiyanın Krasnodar şəhərində keçirilən beynəlxalq turnirdə ilk qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, komandamızın növbəti rəqibi Minskin eyni yaş qrupunu təmsil edən kollektivi olub. Belarus həndbolçuları ilə maraqlı mübarizədən Azərbaycan komandası qalib ayrılıb - 25:21.

Xatırladaq ki, həndbolçularımız beynəlxalq turnir çərçivəsində keçirdikləri əvvəlki oyunlarda eyni yaş qrupundan olan Moskva komandasına 19:27, Krasnodar kollektivinə 24:25 hesabı ilə məğlub olublar. Krasnodar şəhərinin 2002-ci il təvəllüdlü qızlardan ibarət komandası ilə görüşdə isə qalib müəyyənləşməyib - 22:22.

Beynəlxalq yarışa fevralın 12-də yekun vurulacaq.

Oxşar xəbərlər

Millimiz Rusiyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək
Həndbol üzrə Avropa çempionatı başa çatdı
Həndbolçularımız Finlandiya təmsilçilərini məğlub etdi
Həndbolçularımız Fransa və Finlandiya təmsilçiləri ilə qarşılaşacaqlar
Həndbolçularımız Krasnodarda beynəlxalq turnirə qatıldılar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər