Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli komandamız Bakıda uduzdu -ilkin təsnifat turniri
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində növbəti oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Nasser Saliminin baş məşqçi olduğu kollektiv ikinci sınağında Böyük Britaniya seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 39:22.
Digər matçda isə Kipr yığması Maltaya 47:26 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Maltanı 34:25 hesabı ilə məğlub edib, Böyük Britaniya isə Kiprlə heç-heçəyə razılaşıb - 25:25. Yığma qrupda son oyununu Kipr seçməsinə qarşı keçirəcək.
Oxşar xəbərlər
Evdə Kiprə uduzduq və 3-cü olduq
Millimizin növbəti sınağı - Avropa çempionatı
Voleybolçularımızdan növbəti məğlubiyyət - Avropa çempionatı
Millimiz Maltanı udsa da, Avropa çempionatına yüksələ bilmədi
Azərbaycan millisi Kipr yığması ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası