U-17 Liqası:Bu da son!
Bu gün «Bakcell U-17 Liqası»nda 33-cü turdan ertələnmiş 1 oyun keçiriləcək.
Sportfm.az xəbər verir ki, «Qəbələ» Qəbələ şəhər stadionunda «Mil Muğan»ın qonağı (!) olacaq. Bununla da çempionat başa çatacaq.
Əslində, bu oyun bazar ertəsi keçirilməli idi. Özü də İmişlidə. Lakin qarşılıqlı razılaşmaya əsasən oyun təxirə salındı və bu günə Qəbələyə təyin olundu. Məqsəd U-17 Liqasının qalibi olan «Qəbələ»nin mükafatlandırılması ilə bağlıdır. «Mil Muğan» - «Qəbələ» matçı15:00-da başlayacaq.
Xatırladaq ki, U-17 ilə yanaşı bu gün U-16 Liqasında çempion olan «Qəbələ»nin U-16 komandasına da mükafatlar təqdim olunacaq.
Bombardirlər: İbrahim Novruzov («Sumqayıt») - 34, Xəlil Bəşirov («Səbail») – 30 qol.
«Het-trik news» qəzeti
Oxşar xəbərlər
U-16 Liqası: "Bürünc""Neftçi"!
U-17 Liqası: Adama bir… qol vuraq
U-17 Liqası: "Neftçi", yoxsa "Keşlə"?
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası