"Neftçi"nin futbolçuları uşaq baxçasına yollandı
AFFA-nın təşkilatçılığı ilə Xəzər rayonunun Zirə qəsəbəsindəki 213, Türkan qəsəbəsindəki 214, Nizami rayonundakı 59 saylı uşaq baxçalarında 3-5 yaşlı uşaqlar üçün "Bağçada futbol" pilot layihəyə start verilib.
Sportfm.az xəbər verir ki, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federerasiyasının prezidenti Rauf Əliyev Milli.Az-a bildirib ki, layihənin həyata keçirilməsində məqsəd uşaqlar arasında futbol oynuna maraq, kütləviliyə nail olmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
Tədbirdə AFFA-nın nümayəndələri Cahangir Həsənzadə, Kifayət Mustafayeva, Uşaq-Gənclər Futbol Federerasiyasının nümayəndəsi Kərim Ağayev, futbol üzrə Azərbaycan milli komandasının üzvləri Ruslan Abışov və Emin Mahmudov iştirak ediblər.
Pilot layihənin nəticələrinə əsasən, gələcəkdə bu layihə bütün uşaq bağçalarında tətbiq olunacaqdır. Qeyd olunan uşaq bağçaları AFFA tərəfindən idman geyimləri və ləvazimatları, eləcə də kateqoriyalı təlimçilərlə təmin olunublar.
Oxşar xəbərlər
“Açıq Əyləncəli Futbol Məktəbi” bu dəfə Göyçayda - FOTO
AƏFM layihəsi Sabirabadda - FOTO
“Açıq Əyləncəli Futbol Məktəbi” Saatlıda - FOTO
Göyçayda futbol festivalı keçirildi - FOTO
Naxçıvanda futbol məktəbi açıldı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa
-
"Neftçi" 6 illik seriyaya son qoydu, "Sabah" vaxtından əvvəl...
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası