reklam
Azərbaycan çempionu Çin klubu ilə müqavilə bağladı
Sportfm.az xəbər saytı

Azərbaycan çempionu Çin klubu ilə müqavilə bağladı


Bolqarıstan millisinin voleybolçusu Dobriana Rabadjiyeva karyerasını Çində davam etdirəcək.

Sportfm.az xəbər verir ki, Qızıl Avropa Liqasında Azərbaycan yığmasına qarşı oynayacaq hücumçu "Everqrande" ilə danışıqları müsbət yekunlaşdırıb.

27 yaşlı Rabadjiyeva çinlilərlə 1 illik anlaşıb. Bu, onun Asiyada ilk sınağı olacaq. Dobriana "Everqrande"yə "Qalatasaray"dan transfer edilib. O daha öncə MOİK (Bolqarıstan), "Konegliano" (İtaliya), "Rabitə" (Azərbaycan) və "Volero"da (İsveçrə) forma geyinib.

Qeyd edək ki, Rabadjiyeva Bakının "Rabitə" klubunun şərəfini 2011-2013-cü illərdə qoruyub. O, bu komanda ilə 2 dəfə Azərbaycan, 1 dəfə klublararası dünya çempionatının qalibi olub. Dobriana, həmçinin "Rabitə" ilə Çempionlar Liqasının və mundialın finalında da oynayıb. 

Oxşar xəbərlər

“Rabitə”nin tarixi qələbəsindən 10 il ötür - UĞUR
Natalya Məmmədova karyerasını başa vurdu
Nataliya Məmmədova karyerasını başa vurdu - FOTO
Baş katib vəzifəsindən azad edildi - keçmiş prezident təyinat aldı
Azərbaycan çempionu Fransa klubunun baş məşqçisi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər