Baş katib vəzifəsindən azad edildi -keçmiş prezident təyinat aldı
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyində dəyişiklik edilib.
Sportfm.az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, prezident Cavid Qurbanovun və AVF Rəyasət hHyətinin qərarı ilə qurumun baş katibi Elşən İsmayılov vəzifəsindən azad edilib. Bu posta Cəlil Cəfərov təyin olunub.
“Rabitə” və “Telekom” klublarının sabiq prezidentinin AVF-in aş katib vəzifəsinə seçilməsi ölkəmizdə voleybol idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədəuyğun hesab edilib. Cəfərov Azərbaycan voleybol sevərlərinə yaxşı tanış simadır. O, “Rabitə” komandası ilə 8 dəfə Azərbaycan çempionu olmaqla yanaşı, bu kluba Çempionlar Liqasının, CEV kubokunun həmçinin klublararası dünya çempionatının qızıl və gümüş medallarını qazandırıb. Bununla yanaşı, “Telekom” da Azərbaycan Super liqasında öz sözünü deyərək milli komandamızın heyətinin genişləndirilməsinə öz töhvələrini verib.
Oxşar xəbərlər
Xəlilov vəzifəsindən uzaqlaşdırıldı
Voleybol Federasiyasında yeni baş katib - Təyinat
Qarabağda voleybol kütləviləşdiriləcək
Millimizdə yeni baş məşqçi
Səfir milli komandamızın üzvləri ilə görüşdü - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası