"Olimpik Star"da sürpriz qonaq və "nakitka" ilə silinən parket -QEYD
Ötən gün Olimpik Starda futzal üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin iki vacib matçı keçirildi.
Sportfm.az xəbər verir ki, ölkə kubokuna iddialı olan və turnirə VİP adı ilə başlayıb, dünənki qarşılaşmaya "Uğur" adı ilə Fuad Rzayevin rəhbərlik etdiyi komanda EKOL-la üz-üzə gəldi. Əvvəlcə qeyd etmək yerinə düşər ki, heç bir yarışın gedişində adın dəyişdirilməsi mümkün deyil. Niyə? Ona görə ki, UEFA-nın qaydalarına əsasən, komandalar adlarını yalnız turnirin əvvəlində və fasilə dönəmində dəyişə bilər. Əgər komandanın sponsoru ondan imtina edirsə, kluba başqa bir himayədar tapılsa belə, federasiya rəsmiləri mövsümün sonunu gözləməli idi. Nəzərə almaq lazımdır ki, hazırda VİP komandası futzal üzrə İkinci Liqada çıxışını davam etdirir. Matça gəldikdə isə 1/8 finalda "Neftçi" İK-ni məğlub edən "Uğur" bu dəfə də Yüksək Liqa təmsilçisini mübarizədən kənarlaşdıra bildi. Qarşılaşmanı sürpriz qonaq - Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov da izləyirdi. İrəliləyən dəqiqələrdə yaşanan ən maraqlı məqamlardan biri hakimlərin parketin silinməsini tələb etdiyi zaman bunu klub rəsmilərinin "nakitka" ilə etməsi idi. Nəzərə alsaq ki, futzalda belə hallara tez-tez rəst gəlinir, bunun üçün xüsusi əməkdaş ayrılmalıdı.
Günün ikinci qarşılaşmasında bu il Yüksək Liqada debüt edən "İtaldizain" və "Marafon" üz-üzə gəlirdi. Çempionatın son görüşündə "Araz"a məğlubiyyət yaşadan "Marafon"un arxayınçılğı az qala ona baha başa oturacaqdı. İrəliləyən dəqiqələrdə "Marafon"un fərqlənə bilməməsi, komanda üzvlərini əsəblərini tarıma çəkmişdi. Əsas vaxtı 2-2 hesabı ilə başa çatan oyunda qalibi penaltilər seriyası müəyyənləşdirdi. Burda isə "Marafon"un iranlı qapıçısı Mehdipur Kəsra "İtaldizain"dan Anar Ağayevin zərbəsini dəf edərək komandasını yarımfinala daşıdı.
Oxşar xəbərlər
Futzalda "İnqilab", 65-lik çempion - QEYD
Debütant kuboka iddialı olduğunu sübut etdi
EKOL uduzdu, "Marafon" yarımfinalda
Azərbaycan kuboku: 3 oyunun keçirilmə vaxtı açıqlandı
"Mən Azərbaycana futzal oynamaq üçün gəlmişəm" - Elyas Barati
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası