Futzalda "İnqilab", 65-lik çempion - QEYD
Foto: Sportfm.az
Ötən gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın təxirə salınan iki oyunu keçirildi. Bu matçlardan sonra isə futzal üzrə ölkə kubokunun ¼ final mərhələsinin sonuncu qarşılaşmasında çempionluğu vaxtından əvvəl təmin edən “Araz” Birinci Liqa təmsilçisi “Yasamal-2” ilə qarşılaşdı.
Sportfm.az xəbər verir ki, günün ilk matçında Yüksək Liqada ikincilik uğrunda mübarizə aparan EKOL-la "Marafon" üz-üzə gəldi. "Araz" üzərində qələbədən sonra meydana çıxdığı görüşlərdə ayaqları bir-birinə dolaşan "Marafon" futzalçıları bu görüşdə məğlub oldu. Sanki debütantın oyunçuları Naxçıvan təmsilçisini məğlub etdikdən sonra bütün hədəflərə çatıblar. Onların əksinə olaraq, meydanda mübariz və əzmkar oyun sərgiləyən EKOL komandası layiq olduğu qələbəni qazandı. Qarşılaşma bir kuryoz hadisə ilə də yadda qaldı. Epizodların birində "Marafon"un üzvü İlkin Hacıyev topa zərbə endirərkən zədə aldı. Futzalçı artıq zərbə anında meydandan kənarda olduğu üçün "Marafon"un həkimi İlkinə orda müdaxilə etməli oldu. Bu an matçın baş hakimi Elçin Məmmədov onun yerinə "Marafon"un digər oyunçusunun meydana daxil olduğunu görərək, qaydalara uyğun olaraq, davam işarəsi verdi. Buna məhəl qoymayan onun köməkçisi Ramil Novruzov isə fit çalaraq, oyunu saxladı. Novruzov meydandan kənarda olan Hacıyevin durumunun aydınlaşmasını gözləyərəkən, Elçin Məmmədovun "davam" işarəsinə fikir vermədi. Bu duruma irad bildirən Məmmədov təkrarən fitini səsləndirərək, futzalçılara oyunu davam etdirməyin lazım olduğunu bildirdi.
Günün ikinci görüşündə isə Bakı İdman Sarayında sürpriz sima göründü. Məlum oldu ki, "İtaldizain" - "Neftçi" İK qarşılaşmasının hakimlərindən biri İnqilab Məmmədov olacaq. Belə görünür ki, ötən həftə kubok oyunlarda Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun Olimpik Star-a təşrif buyurması əbəs yerə deyilmiş. İnqilab Məmmədovun idarəçiliyinə gəldikdə isə ilk hissənin sonuncu dəqiqəsində "Neftçi"nin kapitanı Rüfət Balakişiyevin "İtaldizain"ın cərimə meydançasında yıxıldığı epizoddakı mübahisəli qərarını nəzərə almasaq, referi heç də pis təsir bağışlamadı.
Günün son matçında isə Azərbaycan və dünya idmanı adına biabırçılıq yaşandı. Ölkə çempionu "Araz" bilərəkdən Birinci Liqa təmsilçisi "Yasamal-2"-yə məğlub oldu. Bu məğlubiyyətin olacağı deyilsə də, hər kəs "Araz"ın və yığmanın əsasını təşkil edən futzalçıların belə söz-söhbətlərə fikir verməyərək, çıxıb rəqibi məğlub edəcəyini düşünürdü. Bəli, dünyanın bir çox top-klubları kubok oyunlarına önəm vermir, bəzən əvəzedici heyətini meydana buraxır, sona qədər meydanda mübarizə aparır. Axı "Araz" top-klub deyil və bundan sonra olacağı da şübhə altındadı. Oyunda bilərəkdən uduzmaq isə...Onu qeyd etmək yerinə düşər ki, dünənki matçın gedişində bukmeker saytları "Araz"ın qalibiyyəti üçün 65 əmsal verirdi.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |