reklam
Birinci Divizion klubu yarımfinalda
Sportfm.az xəbər saytı

Birinci Divizion klubu yarımfinalda


Futzal üzrə ölkə kubokunun ¼ final mərhələsinin 1 oyunu baş tutub.

Sportfm.az xəbər verir ki, Birinci divizion təmsilçilərinin mübarizəsində "Hell Energy" qalib gəlib.

Fasiləyə qədər “Hell Energy” 15-ci dəqiqədə Turxanla hesabı açmağa yaxın oldu. Di gəl, komandasının bombardiri qapıçı ilə dueldən məğlub ayrıldı. “İdmançılar”da geri qalmırdı. Emin Cəbrayılova əvvəlcə qapçı mane oldu. Nəhayət 33-cü dəqiqədə hesab açıldı. Sürətli hücum quran “idmançılar”dan Əbdül dəqiq oynadı. Ancaq Namiq Quliyevin yetirmələri üstünlüyünü cəmi 2 dəqiqə qoruya bildi. Belə ki, hücuma keçən zaman itirilən top Vüqarın rəqib torunu silkələməsi üçün kifayət etdi. Oyunun əsas vaxtında qalib müəyyənləşmədi və komandalar hər biri 5 dəqiqədən ibarət daha 2 hissədə mübarizə apardı. 43-cü dəqiqədə Üzeyirin zərbəsindən sonra top rəqib müdafiəçiyə toxunub dirəyə dəydi. “Hell Energy”dən isə Turxanın zərbəsini qapıçı kornerə çıxarmaqla alqış qazandı. İkinci əlavə vaxtın ilk dəqiqəsində Orxan – Turxan paslaşmasını sonuncu boş qapıdan keçirə bilmədi. Beləliklə qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyuldu. Hər iki zərbəni dəqiq yerinə yetirən "Hell Energy" cütün qalibi oldu. Qeyd edək ki, "Hell Energy" yarımfinalda "Marafon Futsal" - "FK. İtaldizain Futsal" cütünün qalibi ilə qarşılaşacaq.

“Hell Energy” - ADBTİA 1:1 (2-0 pen)

 

Oxşar xəbərlər

Ölkə Kubokunda 1/4 finalçılar məlum oldu
EKOL "Gilan"a rəqib oldu - YENİLƏNİB
"Hell Energy" üstünlüyünü qoruya bilmədi, "Standard" qol vurduğuna "peşman oldu"
"Hell Energy" əsas rəqiblərindən birini zərərsizləşdirdi
Lider və "Hell Energy" qalib gəldi, "Qarabağ" yenildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər