reklam
Sportfm.az xəbər saytı

"Shamkir Chess 2018" superturnirində qalib müəyyənləşdi


Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində son turun görüşlərinə start verilib.

Sportfm.az xəbər verir ki, IX turun mərkəzi qarşılaşması norveçli dünya çempionu Maqnus Karlsenlə çinli Dink Liren arasında oynanılıb.

Görüş 28-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Bununla da 9 oyundan 6 xal toplayan Karlsen "ShamkirChess"də üçqat qalib olub. Çinli qrossmeyster isə 5,5 xalla 2-ci yeri tutub. Hazırda qalan 4 görüş davam edir.

Qələbə şanslarını itirmiş Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ağ fuqurlarla Şəhriyar Məmmədyarovu, Teymur Rəcəbov isə qara fiqurlarla çexiyalı autsayder David Navaranı sınağa çəkir.

Oxşar xəbərlər

“Shamkir Chess 2019”: beşinci turun oyunları keçirildi - FOTO
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
Rəcəbov 8-ci görüşünü də heç-heçə ilə başa vurdu
"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq
“Shamkir Chess 2018” heç-heçələrlə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər