Teymur Rəcəbov:Rəqibim göz yaşlarını saxlaya bilməmişdi
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018” superturnirində VII tur davam edir.
Sportfm.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov heç-heçə oynayıb.
Partiyadan sonra Teymur Rəcəbov mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:
"Şəhriyarla dəfələrlə müxtəlif yarışlarda qarşılaşmışıq. Son zamanlar oyunumuz heç-heçə yekunlaşır. Heç-heçələrin sayını bilmirəm. Çünki statistika ilə maraqlanmıram. Adətən, rəqibə qarşı hazırlaşırıq.
Şəhriyarla uzun illərdir, Azərbaycan millisində çıxış edirik. Bir-birimizi çox yaxşı tanıyırıq. Əlbəttə, bəzən mötəbər yarışlarda rəqib oluruq, amma bu, bizim münasibətə mane olmur”.
Teymur Rəcəbov bəzən şahmatda rəqibin məğlubiyyəti qəbul edə bilməməsi barədə danışıb:
"Şahmatda bəzən məğlub tərəf nəticəni qəbul edə bilmir. Hansı turnir olduğu yadımda deyil, bir dəfə qələbə qazanandan sonra məğlub olan rəqibim göz yaşlarını saxlaya bilməmişdi. Bu hal mənə çox pis təsir etmişdi.
Qələbə qazananda sevindiyin kimi, məğlubiyyət zamanı pis olursan. İstənilən şəraitdə özünü ələ almağı bacarmalısan”.
Oxşar xəbərlər
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
İki azərbaycanlı üz-üzə
Rəcəbov 8-ci görüşünü də heç-heçə ilə başa vurdu
"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq
“Dünya çempionu titulu tamam başqadır" - Teymur Rəcəbov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası