reklam
İstanbul klubu yeni rekorda imza ata bilər
Sportfm.az xəbər saytı

İstanbul klubu yeni rekorda imza ata bilər


Türkiyə təmsilçisi "Beşiktaş"da icarə əsasında çıxış edən Anderson Talisca üçün İngiltərədən bir iddia irəli sürülüb.

Sportfm.az xəbər verir ki, "Beşiktaş"ın mövsüm sonunda heyyətinə qatmaq üçün 21 milyon ödəməli olduğu brazilyalı Talisca üçün İngiltərə medyasın bəzi iddialar ortaya atılıb. Belə ki, "Benfika" klubuna məxsus hücumçu onu transfer etmək istəyən komandanın 40 milyon avro ödəməli olduğunu bildirib.

Növbəti mövsümdən İngiltərə Premier Liqasına yüksələn "Vulverhempton" komandası Taliscanı heyyətinə qatmaq istəyir, bununla bağlı "Beşiktaş" kulubuna məktub göndərərək "Taliskadan razı qaldığınızı bilirik, amma növbəti mövsümdə almağı düşünmürsünüzsə , 21 milyon avro ödəmək haqqınızdan istifadə edib onu alın. Bizdə 29 milyon avro ödəyib sizdən alaq. Həm 4 milyon avroluq icarə məbləğini geri qaytarın, həm də 2 il ərzində ödəyəcəyiniz 4 milyon avronu ödəməkdən xilas olun. Və bizdə "Benfika"ya 40 milyon ödəməyək, nəticədə həm siz qazanın həm də biz" qeyd edib.

"Beşiktaş" klubu direktorları, texniki heyyətlə görüş keçirib onlara sonra cavab verəcəkləirini bildirib.

"Beşiktaşda" 74 rəsmi oyuna çıxan Anderson Taliska 35 qol, 11 məhsuldar ötürmə ilə çıxış edib. Ağ-qaralarda sərgilədiyi oyunla Brazilya milli komandasına da dəvət alıb.


 

Oxşar xəbərlər

250 milyon avroluq futbolçu satdılar
Ən bahalı türk futbolçular - SİYAHI
UEFA ötən mövsümün gəlirlərini açıqladı
İtalyanlar və çinlilər onun üçün rəqabətə girdi
"Barselona" Arda Turana fantastik qiymət qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər