reklam
“Vətən” futbol məktəbinin komandası beynəlxalq turnirə qatıldı -
Sportfm.az xəbər saytı

“Vətən” futbol məktəbinin komandası beynəlxalq turnirə qatıldı -FOTO


“Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 12 yaşlılardan ibarət yığma komandası “İzmir Cup 2018” beynəlxalq turnirdə iştirak edib.

Sportfm.az xəbər verir ki, türkiyənin “Altın Ordu” futbol klubunun Quşadasındakı idman bazasında keçirilən turnirdə 21 ölkədən olan komandalar - “Mançester Siti”, “Atletic Bilbao”, “Sampdoriya”, “Portu”, “Benfika”, “Anderlext”, “PSV Eindhoven”, “AZ Alkmaar”, “Tvente”, “Dinamo Zaqreb”, “Krasnodar”, “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş”, “Trabzonspor” kimi böyük klubların akademiyaları təmsil olunublar.

“Vətən” futbol məktəbinin yetirmələri qrup mərhələsində keçirdiyi oyunların nəticəsinə görə, aktivində 13 xal toplayaraq qrup ikincisi kimi turnirin elit 32-liynə daxil olub. Növbəti mərhələdə “Mançester Siti”, “Dinamo Zaqreb”, “Fənərbağça” və digər komandalarla keçirdiyi görüşlərin nəticəsinə əsasən, turnirin ümumi sıralamasında 56 komanda arasında 23-cü yeri tutub.

Oxşar xəbərlər

“Bahar kuboku”nun qalibi məlum oldu - FOTOLAR
Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları məlum oldu
"Qəbələ" üçün ən çox işlədilən söz "kaybetdi" oldu
“Mançester Siti” və “Qalatasaray” Azərbaycan klubu ilə üz-üzə
Özləri təşkil etdi, özləri qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər