Beynəlxalq Çempionlar Kubokunun iştirakçıları məlum oldu
Ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Çempionlar Kubokunun (İCC) builki iştirakçıları bəlli olub.
Sportfm.az xəbər verir ki, turnirdə 6 ölkədən 17 komanda iştirak edəcək.
İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa və Portuqaliyanı təmsil edəcək klublar yay boyunca çempion adı uğrunda yarışacaqlar. Matçların dəqiq təqvimi aprelin 17-də açıqlanacaq. Oyunlar Avstriya, İtaliya, Sinqapur, İsveç, İsveçrə və ABŞ-da keçiriləcək.
İCC-də aşağıdakı komandalar iştirak edəcəklər: “Real”, “Tottenhem”, “Yuventus”, “Milan”, “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted”, “Bavariya”, “Çelsi”, PSJ, “Arsenal”, “Sevilya”, “Roma”, “İnter”, “Borussiya D”, “Benfika” və “Atletiko”.
Qeyd edək ki, turnirin ötənilki qalibi “Barselona” olub. Ondan əvvəl PSJ iki, “Real” və “Mançester Yunayted” isə hərəyə bir dəfə kuboka sahib olub. (apasport.az)
Oxşar xəbərlər
2021-ci ilin ən bahalı transferləri - SİYAHI
Çempionlar Liqasında gecənin nəticələri
"Adidas" "Qarabağ"ı pulsuz forma ilə təmin edəcək
"Qarabağ"ın rəqibləri məlum oldu
Çempionlar Liqasında səbətlər müəyyənləşdi - "Qarabağ"ın mümkün rəqibləri məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası