reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ı udub üçüncü pilləyə yüksəldilər


Qadın həndbolçular arasında Azərbaycan çempionatında 18-ci tura iki oyunla yekun vurulub.

Sportfm.az xəbər verir ki, turun son görüşlərində favoritlər asan qələbə qazanıblar. "Azərsu" kollektivi "Gənclər Birliyi"ni 41:16, "Azəryol" komandası "İdman Akademiyası"nı 36:18 hesabı ilə çətinlik çəkmədən məğlub edib.

Xatırladaq ki, turun ilk oyununda "Nur" Mingəçevirdə "Qarabağ"ı minimal hesabla üstələyib - 31:30.

Bu nəticələrdən sonra "Azərsu" 29 xalla turnir cədvəlində liderliyi davam etdirir. Ondan üç xal geri qalan (26 xal) "Azəryol" ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinin üçüncü pilləsində dəyişiklik baş verib. "Nur" həndbolçuları "Qarabağ" üzərində qələbədən sonra üçüncü yeri ələ keçiriblər. Hazırda bu komandanın hesabında 23 xal var. Aktivində 21 xal olan "Qarabağ" dördüncü pilləyə geriləyib. "Gənclər Birliyi" və "İdman Akademiyası" isə 4 xalla beşinci-altıncı yerləri bölüşürlər.

Qadın həndbolçular arasında ölkə birinciliyinin 19-cu turuna aprelin 21-də start veriləcək. Tur çərçivəsində "Qarabağ" komandası "İdman Akademiyası" ilə, "Gənclər Birliyi" kollektivi "Nur" ilə üz-üzə gələcək. Turun mərkəzi oyununda isə "Azərsu" və "Azəryol" komandaları qarşılaşacaqlar.

Aprelin 15-də kişi həndbolçular arasında pley-off mərhələsinin üçüncü, yəni sonuncu oyunları keçiriləcək. "Məhsul" komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini, "Bakı" isə "Təhsil" kollektivini qəbul edəcək.

Oxşar xəbərlər

Ölkə çempionatında 10 komanda mübarizə aparacaq
"Azərsu" məğlub olsa, çempiondur
“Qarabağ” həndbolçuları “Azərsu” kollektivini minimal hesabla məğlub etdi
"Azərsu" turnir cədvəlinin vahid liderinə çevrildi
"Azərsu" və "Qarabağ" qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər