Baş hakim 3 dəfə qərar dəyişdirdi:Ələkbərovun qolu qeydə alındı
Foto: Sportfm.az
Futzal üzrə Yüksək Liqada XXIII turun oyunlarına yekun vurulub. Bakı İdman Sarayında keçirilən günün ikinci matçında EKOL "İtaldizain" klubu ilə üz-üzə gəlib. Turun mərkəzi qarşılaşmasında EKOL "İtaldizain"a 5:3 hesabı ilə qalib gəlib. Oyunun birinci hissəsinin son saniyələrində kuryoz hadisə baş verib. Belə ki, EKOL-un dördüncü qolunu vuran Fərid Ələkbərovun fərqləndiyi an matçın ilk hissəsinin bitməsini bildirən "qonq" səsi ilə üs-üstə düşüb. Bu zaman qarşılaşmanın baş hakimi Yusif Nurullayev mərkəzi göstərərək, qolu qeydə alıb. "İtaldizain"ın futzalçılarının kəskin etirazı ilə üzləşən Nurullayev epizoda daha yaxın olan köməkçisi Ramil Namazovla məsləhətləşdikdən sonra, qolun sayılmadığını bildirib. Bu zaman EKOL komandasının sərt reaksiyasına tuş gələn Nurullayev növbəti dəfə məsləhətləşməli olub. Görüşün 3-cü hakimi Azad Hüseynovla dialoqdan sonra FİFA referisi qolu yenidən qeydə alaraq mərkəzi göstərib. Bəs, qaydalar nə deyir? EKOL-İtaldizain matçı ilə bağlı Sportfm.az saytına açıqlama verən sabiq hakimlər qalmaqallı məqama aydınlıq gətiriblər:" Belə epizodlarda əgər qol "qonq" səsi ilə eyni anda vurulursa, qeydə alınmalıdır. Qaydalar belə deyir. Ələkbərov fərqləndiyi an "qonq" səsi çalındı. Demək ki, qol hesaba alınmalıdır. Əgər qol birinci hissənin bitdiyini bildirən fit səsi ilə üs-üstə düşsəydi, onda vurulan top sayılmamalıdır".
Hakimlərin sözlərindən belə aydın olur ki, Yusif Nurullayev ilk cəhddə düzgün qərar verib. Lakin sonradan Ramil Namazov onu yanlış qərar verməyə sövq etsə də, Nurullayev EKOL-un haqqının "yeyilməsinin" qarşısını alaraq, qaydalar çərçivəsində vurulan qolu qeydə alıb.
Qeyd edək ki, bu Yüksək Liqada ilk belə hadisə deyil. İlk dövrədə hakim Elçin Məmmədov "Xəmsə"-"İtaldizain" matçında "qonq" səsi ilə eyni anda 10 metrlik cərimə zərbəsi təyin etsə də, sonradan qərar dəyişdirmişdi.
Oxşar xəbərlər
"İtaldizain" və "Araz" qələbə qazandı -
EKOL çətin sınaqdan üzüağ çıxdı
FİFA referisi turun mərkəzi matçında
"İtaldizain"dan möhtəşəm comeback
Futzal: EKOL - "İtaldizain" - TAM VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası