"Qarabağ"ın qapıçısı milliyə niyə çağırılıb? - QEYD
Bakıda seleksiya xarakterli təlim-məşq toplanışında olan 16 yaşadək (2003-cü il təvəllüdlü) futbolçulardan ibarət milli komandamız yoxlama oyunlarında qüvvəsini sınayır. Komandanın yeni baş məşqçisi Azər Məmmədov toplanışa xeyli sayda futbolçu cəlb edib. Siyahıda bir futbolçunun adı diqqəti çəkir -"Qarabağ"dan milliyə dəvət edilən Mirismayıl Rəhimov. 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində "Qarabağ"dan cəlb edilən iki futbolçudan(!!!)(digəri Fidayə Əzizli) biri olan Rəhimov qapıçıdır. Bu həmin Mirsimayıldır ki, "Neftçi"də uzun müddət ehtiyat qapıçı funksiyasını yerinə yetirdikdən sonra Ağdam klubuna keçib. Rəhimov hətta bir dönəm "ağ-qaralar"ın eyni yaş qrupundakı komandasında 3-cü qapıçı(!!!)belə olub. "Qarabağ"a keçdikdən sonra yenə ehtiyatda qalan Rəhimovun hansı bacarığına görə yığmanın seleksiya xarakterli məşqlərinə dəvət edildiyi çox maraqlıdır. Bəlkə onun məşqlərdə göstərdiyi performans yığmanın məşqçilər korpusunun diqqətini cəlb edib. Bunu onlardan soruşmaq lazımdır. Əgər yığmaya qapıçı lazım idisə, hazırda "Barselona"nın farm klubunda çıxış edən azərbaycanlı Eldar Tağızadəni də çağırıb yoxlamaq olardı. 15 yaşlı çərçivə qoruyucusu olan Tağızadə çox pespektivli futbolçu hesab edilir. Ehtiyatda əyləşən qapıçını yoxlamaq mümkündürsə, oynayan əlcək sahibini də sınaqdan keçirmək olmazdımı? Ola bilər ki, Məmmədov bu toplanışa yalnız yerli klublarda çıxış edən uşaqları cəlb etmək istəyib. Ancaq Azərbaycanda olan futbolçu qıtlığını nəzərə alaraq, bu qərarın(əgər belədirsə) nə qədər düzgün olduğu da böyük sual doğurur. Təki biz fikirlərimizdə yanılaq...
Hidayət Əliyev/Sportfm.az
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |