Azərbaycanlı Pevtsov və Levkovskaya Afrikada yarışdı
Azərbaycanın triatlon üzrə milli komandası Misirin Şarm Əl-Şeyx şəhərində açıq Afrika kuboku yarışlarında uğurla çıxış edib.
Sportfm.az xəbər verir ki, idmançılarımız Rostislav Pevtsov və Kseniya Levkovskaya gümüş medal qazanıblar.
R.Pevtsov 37 idmançının mübarizə apardığı yarışda 59 dəqiqə 53 saniyə nəticə göstərib. Yarışın qalibi macarıstanlı Bens Bicak olub.
Qadınların mübarizəsində isə yığmamızın üzvü Kseniya Levkovskaya 1 saat 10 dəqiqə 46 saniyəlik nəticə ilə ikinci pillədə qərarlaşıb.
Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi altında mübarizə aparıb.
Qeyd edək ki, Rostislav Pevtsov ötən ay İspaniyanın Las-Palmas şəhərindəki Avropa kuboku yarışlarında da gümüş medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycanlı idmançı qızıl medal qazandı - Avropa kuboku
Azərbaycanlı idmançı Avropa Kubokunun qalibi oldu
Triatlonçumuz Avropa kubokunda gümüş medal qazandı
Triatlonçumuz dünya çempionu oldu - FOTO
Triatlonçumuzdan qızıl medal
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qattuzo yenidən baş məşqçi olacaq
-
“Neftçi”nin sonuncu ev matçının biletləri satışda















Misli Premyer Liqası