reklam
Triatlonçumuz dünya çempionu oldu -
Sportfm.az xəbər saytı

Triatlonçumuz dünya çempionu oldu -FOTO


Azərbaycan triatlonçusu Rostislav Pevtsov akvatlon üzrə dünya çempionu olub.

Sportfm.az xəbər verir ki, idmançımız İspaniyanın Pontevedra şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. R.Pevtsov həm də payızda ABŞ-ın San-Dieqo şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqə qazanıb.

R.Pevtsov yarışın 1 kilometrlik su mərhələsini 12 dəqiqə 54 saniyəyə başa vurub. O, yarışın 2,5 kilometr məsafəyə qaçış mərhələsində isə 14 dəqiqə 59 saniyəlik nəticə göstərib.

İdmançımız 57 triatlonçunun mübarizə apardığı yarışı 28 dəqiqə 57 saniyəlik nəticə ilə başa vurub.

Dünya çempionatında çıxış edən yığmamızın digər üzvü Kseniya Levkovskaya isə finişə 6-cı çatıb.

Oxşar xəbərlər

Triatlonçumuz 14-cü oldu - Avropa çempionatı
Təmsilçimiz 4-cü oldu
Azərbaycan triatlonçusu 8-ci oldu - Avropa kuboku
Azərbaycanlı idmançı qızıl medal qazandı - Avropa kuboku
Triatlonçumuz Avropa kubokunda gümüş medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər