reklam
Triatlonçumuz Avropa kubokunda gümüş medal qazandı
Sportfm.az xəbər saytı

Triatlonçumuz Avropa kubokunda gümüş medal qazandı


Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Dnepropetrovsk şəhərində təşkil olunan sprint üzrə Avropa kuboku yarışlarında gümüş medal qazanıb.

Sportfm.az xəbər verir ki, təmsilçimiz 61 idmançının mübarizə apardığı yarışı 52 dəqiqə 17 saniyəlik nəticə ilə başa vurub. R.Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 39 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 26 dəqiqə 16 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 15 dəqiqə 12 saniyə nəticə ilə tamamlayıb.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 58 dəqiqə 53 saniyəlik nəticə ilə beşinci olub.

Cari mövsümdə R.Pevtsov akvatlon üzrə dünya çempionatında qələbə qazanıb.

Qeyd edək ki, idmançılarımız “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edəcəklər. Onlar dünya və Avropa çempionatları, dünya və Avropa kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.

 

 

Oxşar xəbərlər

Təmsilçimiz 4-cü oldu
Azərbaycanlı idmançı qızıl medal qazandı - Avropa kuboku
Azərbaycanlı idmançı Avropa Kubokunun qalibi oldu
İdmançımız dünya kuboku yarışlarında dördüncü oldu
Koreyaya getdi, gümüş medal qazandı - Azərbaycanlı idmançıdan böyük uğur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər