Qrossmeysterimiz “GRENKE Chess Classic” turnirində çıxış edəcək
Martın 31-də Almaniyanın Karlsrue və Baden-Baden şəhərlərində beynəlxalq “GRENKE Chess Classic” şahmat turnirinə start veriləcək.
Sportfm.az xəbər verir ki, 8 şahmatçının iştirakı ilə dairəvi sistemi üzrə keçiriləcək turnir aprelin 9-da başa çatacaq. İlk 3 tur Karlsruedə, qalan oyunlar isə Baden-Badendə keçiriləcək.
Turnirin iştirakçıları: dünya çempionu Maqnus Karlsen (Norveç, 2843), Levon Aronyan (Ermənistan, 2797), Maksim Vaşye-Laqrav (Fransa, 2793), Fabiano Karuana (ABŞ, 2784), Vişvanatan Anand (Hindistan, 2779), Nikita Vityuqov (Rusiya, 2732), Arkadi Naydiç (Azərbaycan, 2705), Hou İfan (Çin, 2654), Georq Mayer (Almaniya, 2647) və Mattias Blübaum (Almaniya, 2635).
Oyun günləri martın 31-dən aprelin 2-dək və aprelin 4-dən 9-dəkdir. İlk turun püşkatma mərasimi keçirilib.
Beləliklə, martın 31-də aşağıdakı cütlüklər qarşılaşacaqlar: Fabiano Karuana – Maqnus Karlsen, Mattias Blübaum – Nikita Vityuqov, Georq Mayer – Levon Aronyan, Arkadi Naydiç – Maksim Vaşye-Laqrav və Vişvanatan Anand - Hou İfan.
Oxşar xəbərlər
Məmmədyarov növbəti dəfə məğlub oldu
Şah bu dəfə mat edə bilmədi
Bizi təmsil edən Naydiç erməniyə uduzdu
Azərbaycanlı və erməni üz-üzə
Şahmatçımız beynəlxalq turnirdə ilk görüşünü keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası