Azərbaycanlı və erməni üz-üzə
Bu gün Almaniyanın Baden-Baden şəhərində "Grenke Chess Classic" superturnirinin II turunun qarşılaşmaları keçiriləcək.
Sportfm.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Arkadi Naydiç bu turda erməni Levon Aronyanla qarşılaşacaq.
Naydiç ilk oyunda fransalı Maksim Vaşye-Laqrava qarşı keçirib və görüş heç-heçə başa çatıb.
Oyunlar Bakı vaxtı ilə 16:00-da start götürəcək.
Turun digər oyunları:
Maqnus Karlsen (Norveç) - Hou İfan (Çin)
Maksim Vaşye-Laqrav (Fransa) - Vişvanatan Anand (Hindistan)
Nikita Vütüqov (Rusiya) - Georq Mayer (Almaniya)
Fabiano Karuana (ABŞ) - Mattias Blübaum (Almaniya)
Turnir cədvəli: Vitüqov - 1, Karlsen, Aronyan, Vaşye-Laqrav, Karuana, Anand, Naydiç, İfan, Mayer - hərəyə 0,5 xal, Blübaum - 0.
Oxşar xəbərlər
Məmmədyarov növbəti dəfə məğlub oldu
Məmmədyarov Maqnus Karlsenlə heç-heçə etdi
Bizi təmsil edən Naydiç erməniyə uduzdu
Şahmatçımız beynəlxalq turnirdə ilk görüşünü keçirəcək
Qrossmeysterimiz “GRENKE Chess Classic” turnirində çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası