reklam
Neymarın məsələsinə prezident qarışdı
Sportfm.az xəbər saytı

Neymarın məsələsinə prezident qarışdı


Braziliyanın prezidenti Luis İnasio Lula da Silva milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə görüş keçirib.

Görüş zamanı tərəflər 2026-cı il dünya çempionatı üçün “Santos”un 34 yaşlı hücumçusu Neymarın milliyə dəvət olunması məsələsini müzakirə ediblər.

Sportfm.az xəbər verir ki, görüşlə bağlı ölkə prezidenti açıqlama verib. Onun sözlərinə görə, italiyalı mütəxəssis bu barədə ona birbaşa sual ünvanlayıb:

“Ünsiyyət zamanı Ançelotti məndən soruşdu ki, Neymarı milliyə dəvət etməlidirmi. Mən isə cavab verdim ki, o, tam şəkildə oynamağa hazırdırsa, onu çağırmaq olar”.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Braziliya yığması qrup mərhələsində Şotlandiya, Mərakeş və Haiti yığmaları ilə qarşılaşacaq.(komanda.az)

Oxşar xəbərlər

İran yığması Dünya Çempionatına getməyəcək?
Ançelotti müqaviləsinin müddətini uzadacaq
Braziliya yığması DÇ-2026 üçün heyətini açıqlandı - SİYAHI
Dünya Çempionatı Cənubi Amerikada keçirilə bilər
Mundial üç ölkədə keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər