Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Məqsədimiz qələbə qazanmaqdır" -Siyasət Əsgərov
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsi çərçivəsində Andorra ilə səfərdə keçiriləcək oyun haqda danışıb.
Sportfm.az xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında matça tam hazır olduqlarını deyib:
“Sabah çox vacib oyuna çıxacağıq. Andorra yığması ilə ardıcıl iki dəfə qarşılaşacağıq. İndiki məqamda yalnız səfər matçını düşünürük. Qrupda daha yaxşı mövqedə qərarlaşmaq üçün Andorra ilə görüşlər böyük önəm kəsb edir. İspaniyada beş günlük təlim-məşq toplanışı keçdik, oyuna yaxşı hazırlaşdıq. Futbolçular da çox həvəslidirlər, matçın vacibliyini dərk edirlər. Rəqib barədə bütün məlumatları onlarla bölüşmüşük. Komanda oyuna tam hazırdır. Məqsədimiz Andorra ilə hər iki oyunda qələbə qazanmaqdır”.
Qeyd edək ki, C liqasının 3-cü qrupu çərçivəsində aprelin 14-də Andorra la Vella şəhərindəki Milli Stadionda keçiriləcək Andorra – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Oxşar xəbərlər
Millimizin İspaniyada məşqi - FOTO
Millimiz minimal hesabla məğlub oldu
Azərbaycan millisi Macarıstana qarşı - Dünya çempionatı
Seçmə mərhələdə 6 oyun keçiriləcək - DÇ-2026
Türkiyə millisi Latviyaya qarşı - AÇ-2024
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası