reklam
Bizi təmsil edən Naydiç erməniyə uduzdu
Sportfm.az xəbər saytı

Bizi təmsil edən Naydiç erməniyə uduzdu


Almaniyanın Karlsrue şəhərində Grenke Chess Classic turniri keçirilir.

Sportfm.az xəbər verir ki, bu turnirdə Azərbaycanı latviyalı şahmatçı Arkadi Naydiç təmsil edir.

İlk turda Maksim Vaşye-Laqravla heç-heçə etmiş Naydiç II turda Ermənistan şahmatçısı Levon Aronyanla qarşılaşıb. 32 yaşlı qrossmeyster erməni rəqibinə uduzub. Bu gün Naydiç növbəti turda turnir cədvəlinin lideri Nikita Vityuqova qarşı mübarizə aparacaq.

Hazırda turnir cədvəlində Naydiç son sıralardadır: Nikita Vityuqov (Rusiya) - 2 xal; Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa) - 1,5; Fabiano Karuana (ABŞ) - 1; Hou Yifan (Çin), Arkadi Naydiç (Azərbaycan), Qeorq Mayer (Almaniya), Vişvanatan Anand (Hindistan), Matias Blübaum (Almaniya) - 0,5.  

Qeyd edək ki, Arkadi Naydiç Latviya və Almaniya millilərinin sabiq şahmatçısıdır. O, 2015-ci ildən Azərbaycanın uğurları üçün çalışır. Naydiç hazırda 2701 xalla dünya reytinqində 41-ci şahmatçıdır.

Oxşar xəbərlər

Şahmatçımız dünya çempionunu məğlub etdi
Məmmədov qalib oldu, Naydiç heç-heçə etdi
Azərbaycanlı və erməni üz-üzə
Şahmatçımız beynəlxalq turnirdə ilk görüşünü keçirəcək
Qrossmeysterimiz “GRENKE Chess Classic” turnirində çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər