reklam
“Kəpəz” “İmişli”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı –
Sportfm.az xəbər saytı

“Kəpəz” “İmişli”yə, “Sumqayıt” “Qəbələ”yə qarşı –Premyer Liqa


Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, son oyun günündə iki görüş keçirləcək.

Əvvəlcə "Kəpəz" "İmişli"ni qəbul edəcək. Bu komandaların ilk dövrədəki oyununda "İmişli" 3:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə qolsuz heç-heçə qeydə alınıb.

Turun son oyununda isə "Qəbələ" "Sumqayıt"ın qonağı olacaq. Mövsüm ərzindəki oyunlarda "Sumqayıt"ın üstünlüyü var. Belə ki, ilk dövrədə Saşa İliçin komandası "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçı isə qolsuz heç-heçə ilə başa çatıb.

19 aprel (bazar)

Misli Premyer Liqası, 28-ci tur

15:30. “Kəpəz” - “İmişli”

18:00. “Sumqayıt” - “Qəbələ”

17 aprel (cümə)

“Zirə” - “Neftçi” - 1:1

“Araz-Naxçıvan” - “Turan Tovuz” - 0:3

18 aprel (şənbə)

“Qarabağ” - “Sabah” - 0:1

“Karvan-Yevlax” - “Şamaxı” - 1:0


Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 18 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Bassalu Sambu ("Neftçi") - 10 qol

Emin Mahmudov ("Neftçi") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Oxşar xəbərlər

“Qəbələ” “İmişli”yə, “Turan Tovuz” “Sumqayıt”a qarşı - Premyer Liqa
“Karvan-Yevlax” “Kəpəz”ə qarşı - 27-ci tur başlayır
“İmişli” “Turan Tovuz”a, “Zirə” “Şamaxı”ya, “Araz-Naxçıvan” “Sabah”a qarşı - Premyer Liqa
“Karvan-Yevlax” “Sumqayıt”a qarşı - Premyer Liqa
"İmişli" "Şamaxı"ya, "Kəpəz" "Sabah"a qarşı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər