Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“İran millisi dünya çempionatına gələcək”Canni İnfantino
FİFA prezidenti Canni İnfantino İran millisinin Yaxın Şərqdəki münaqişəyə baxmayaraq, qarşıdan gələn 2026-cı il dünya çempionatında iştirak edəcəyini bildirib.
Sportfm.az xəbər verir ki, o, idmanın siyasətdən kənar olduğunu söyləyib:
“İran millisi dünya çempionatına gələcək. Bu, mütləqdir. Ümid edirik ki, turnirin başlanğıcına qədər vəziyyət normallaşacaq. Komanda gəlib öz ölkəsini dünya çempionatında təmsil etməlidir. Oyunçular oynamaq istəyirlər. İdman siyasətdən kənarda olmalıdır”.
İran yığması Belçika, Misir və Yeni Zelandiya milli komandaları ilə eyni qrupa düşüb. 2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Oxşar xəbərlər
FİFA İran Futbol Federasiyasına cavab verdi
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi - DÇ-2026
Nazir açıqladı - İran DÇ-2026-da iştirak etməyəcək
FİFA prezidenti favoritini açıqladı
İran yığması Dünya Çempionatına getməyəcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası