reklam
Qızıl qazanmaq üçün kimləri yenmək lazımdır?
Sportfm.az xəbər saytı

Qızıl qazanmaq üçün kimləri yenmək lazımdır?


29 mart - 2 aprel tarixlərində Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilir. 
Sportfm.az xəbər verir ki, turnirdə Türkiyə, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya, Türkmənistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Argentina, Hollandiya, Qırğızıstan və Bosniya və Hersoqoviniya ilə yanaşı yığma komandalarımızın üzvləri də iştirak edir. 
İlk yarış günündə sərbəst və yunan-Roma güləşi üzrə 48, 55 və 65 kq, qadın güləşi üzrə 43, 49 və 57 kq çəkidə 11 güləşçimiz xalça üzərinə çıxıb.
Yunan-Roma güləşi yarışlarında Qurban Qurbanov (48 kq), Murad Abbasov, Elmir Əliyev (hər ikisi 55 kq), Ruslan Hədisov və Elcan Məmmədov (hər ikisi 65 kq), sərbəst güləş yarışlarında Əlihəsən Əmirli, Riyad Aslanov (hər ikisi 48 kq), Əbülfəz Nəsirov (55 kq), Əşrəf Aşurov və Turan Bayramov (hər ikisi 65 kq) iştirak edib. Qadın güləşçilərin mübarizəsində Şahanə Nəzərova (43 kq), Sevinc Əhədova (49 kq) və Birgül Soltanova (57 kq) qüvvələrini sınayıb.
İlk yarış günündə qadın güləşçilərimizdən Birgül Sultanova (57 kq), sərbəst güləşçilərdən Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlib.
Qadın güləşi 
FİNAL 
57 kq - Elmas Çelik (TUR) - Birgül Sultanova  
Təsəlliverici görüş 
43 kq - Zerda Demir (TUR) - Şahanə Nəzərova 
49 kq - Sevinc Əhədova - Nadiye Işık (TUR) 
Sərbəst güləş 
FİNAL 
48 kq - Əlihəsən Əmirli - Halil Gökdeniz (TUR) 
55 kq - Əbülfəz Nəsirov - Marcell Budai Kovacz (HUN) 
65 kq - Turan Bayramov - Tolga Akyüz (TUR) 
Bürünc medal görüşü 
65 kq - Əşrəf Aşurov 
Yunan-Roma güləşi 
Bürünc medal görüşü
55 kq - Murad Abbasov 
65 kq - Elcan Məmmədov 
Təsəlliverici görüş 
55 kq - Cüzeppe Frontani (İTA) - Elmir Əliyev 
65 kq - Marco Mercatali (İTA) - Ruslan Hədisov 

Oxşar xəbərlər

Güləşçilərimiz İranda güclərini sınayacaqlar
"Zəfər Kuboku" son gün: 2 qızıl, 2 gümüş və 4 bürünc medal
Güləşçilərimiz “Zəfər Kuboku”nda finala yüksəldi - FOTO
Yeddi güləşçimiz beynəlxalq turnirin finalına yüksəldi
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər