"Zəfər Kuboku" son gün:2 qızıl, 2 gümüş və 4 bürünc medal
Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turniri keçirilib.
İlk iki yarış gününün yekununda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yarışlarda güləşçilərimiz 5 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.
Sportfm.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşçilərimizdən Həzrət Cəfərov və Röyal Mirzəliyev (hər ikisi 51 kq), qadın güləşçilərdən Jalə Əliyeva (61 kq), sərbəst güləşçilərdən isə İslam Abuyev (110 kq) bütün rəqiblərini üstələyərək finala yüksəlib. Həzrət Cəfərov (51 kq) və Jalə Əliyeva (61 kq) final görüşünü də qələbə ilə başa vuraraq turnirin qızıl medalına yiyələnib. Röyal Mirzəliyev (51 kq) və İslam Abuyev (110 kq) isə gümüş medalla kifayətlənib.
Daha 4 güləşçimiz isə bürünc medal qazanıb. Qadın güləşçilərdən Ayşən Yusifova (46 kq) və Elnur Məmmədova (61 kq), sərbəst güləşçilərdən Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) fərqlənib.
Beləliklə, son yarış günündə yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Qadın güləşi
FİNAL
61 kq - Nesrin Baş (TUR) - Jalə Əliyeva 1:3
Bürünc medal görüşü
46 kq - Ayşən Yusifova - Esma Akkaya (TUR) 3:1
61 kq - Elnurə Məmmədova - Cristina Ungureanu (ROU) 3:1
Təsəlliverici görüş
61 kq - Elnurə Məmmədova - Zhana Novakova (BUL)
Yunan-Roma güləşi
FİNAL
51 kq - Həzrət Cəfərov - Röyal Mirzəliyev 3:1
Sərbəst güləş
FİNAL
110 kq - İslam Abuyev - Solomon Manaşvili (GEO) 1:3
Bürünc medal görüşü
51 kq - Ali Zor (TUR) - Riyad Aslanov 1:3
60 kq - Mustafa Eren İlhan (TUR) - Sabir Cəfərov 1:3
Oxşar xəbərlər
Taleh Məmmədov Zaqrebdə qızıl medal qazandı
Hərbçilərin Dünya çempionatından 11 medal
Güləşçilərimiz “Zəfər Kuboku”nda finala yüksəldi - FOTO
Qızıl qazanmaq üçün kimləri yenmək lazımdır?
Yeddi güləşçimiz beynəlxalq turnirin finalına yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası















Misli Premyer Liqası