Güləşçilərimiz “Zəfər Kuboku”nda finala yüksəldi -FOTO
Türkiyənin Gebze şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci “Zəfər” kuboku beynəlxalq turniri keçirilir.
Sportfm.az xəbər verir ki, turnirdə Türkiyə, İran, Gürcüstan, İtaliya, İsveç, Rusiya, Türkmənistan, Qazaxıstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Argentina, Hollandiya, Qırğızıstan və Bosniya və Hersoqovina ilə yanaşı, yığma komandalarımızın da üzvləri iştirak edirlər.
Yarışın birinci günündə sərbəst və yunan-Roma güləşi üzrə 48, 55 və 65, qadın güləşi üzrə 43, 49 və 57 kiloqram çəki dərəcələrində 11 güləşçimiz xalça üzərinə çıxıb.
Yunan-Roma güləşi yarışlarında Qurban Qurbanov (48 kq), Murad Abbasov, Elmir Əliyev (hər ikisi - 55 kq), Ruslan Hədisov və Elcan Məmmədov (hər ikisi - 65 kq), sərbəst güləş yarışlarında Əlihəsən Əmirli, Riyad Aslanov (hər ikisi - 48 kq), Əbülfəz Nəsirov (55 kq), Əşrəf Aşurov və Turan Bayramov (hər ikisi - 65 kq) mübarizə aparıblar. Qadın güləşçilərin mübarizəsində Şahanə Nəzərova (43 kq), Sevinc Əhədova (49 kq) və Birgül Soltanova (57 kq) qüvvələrini sınayıblar.
Yarışın birinci günündə qadın güləşçilərimizdən Birgül Sultanova (57 kq), sərbəst güləşçilərdən Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəliblər.
Turnir aprelin 2-dək davam edəcək.
Oxşar xəbərlər
Güləşçilərimiz İranda güclərini sınayacaqlar
"Zəfər Kuboku" son gün: 2 qızıl, 2 gümüş və 4 bürünc medal
Qızıl qazanmaq üçün kimləri yenmək lazımdır?
Yeddi güləşçimiz beynəlxalq turnirin finalına yüksəldi
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası