Güləşçilərimiz İranda güclərini sınayacaqlar
Noyabrın 28-dən 30-dək İranın Urmiya şəhərində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə “Martyrs Cup” turniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, komanda yarışında əvvəlcə sərbəst, daha sonra isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
Sərbəst güləşçilərin mübarizəsində məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov (70 kq), Davud İbrahimov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət heyət qüvvəsini sınayacaq.
Yunan-Roma güləşi üzrə komandamızda isə Zaur Əliyev (55 kq), Həsən Məmmədli, Əsgər Əlizadə (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Ruslan Hədisov (67 kq), Niyaz Ərzumanov (72 kq), Cavid Miralayev (77 kq), Aslan Məmmədov (82 kq), Nəzərşah Fətullayev (87 kq), Rüfət Məmmədov (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb. Onlar böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin tapşırıqlarını yerinə yetirəcək.
İkinci dərəcəli beynəlxalq hakim Vaqif Zeynallı “Martyrs Cup”da ədaləti qoruyacaq.
Oxşar xəbərlər
Yığma komandamız Qran-Pridə mübarizə aparacaq
Millimizin heyəti məlum oldu
Güləş millilərinin Avropa çempionatı üçün heyəti açıqlandı - SİYAHI
Güləş millimiz Ermənistan yığmasına qalib gəldi
Gənc güləşçilərimiz Tehranda beynəlxalq turnirdə mübarizə aparacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası