Hava limanında yaşayan oyunçu polislərə yalvarır -Həyat dramı
Bir zamanlar Türkiyənin "Fənərbaxça" və "Beşiktaş" kimi basketbol komandalarında çıxış edən Mehmet Şanlı depressiyaya düşüb.
Sportfm.az xəbər verir ki, ötən mövsüm "Nilüfer" klubunun şərəfini qoruyan 23 yaşlı oyunçu aylardır İstanbul Hava Limanında yaşayır. Uşaq yaşlarında anasını itirən Şanlı psixoloji sarsıntı keçirdiyi üçün mövsümün sonunda karyerasını bitirdiyini açıqlayıb. Atasının onunla maraqlanmadığını bildirərək, ABŞ-a uçmaq üçün hava limanına gələn Mehmet psixoloji sarsıntı keçirməməsi üçün həkimlərin ona yazdığı dərmanları içməkdən imtina edib. Bir müddət öncə idmançıya Türkiyə Basketbol Federasiyası tərəfindən ev hədiyyə edilib. Ona maaş verilməyə başlayıb. Buna baxmayaraq, Şanlı Atatürk adına aeroportu tərk etmir. Mehmet ona xaricə uçmağa icazə verməyən polislərə "mən karyeramı Amerikada davam etdirmək istəyirəm, yalvarıram məni buraxın" deyə, müraciət etsə də, onun ölkə xaricinə çıxmasına icazə verilmir.

Oxşar xəbərlər
Məşhur türk futbolçu karyerasını bitirdi
Maradonaya heykəl ucaldıldı - Hava limanında
Futbolçunun həyat yoldaşı tapança ilə yaxalandı - FOTO
İlham Zəkiyevin fotoları Londondakı hava limanına vurulacaq
"Real"ın futbolçusu İstanbulda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası