• 00:00 Bazar ertəsi
    4 İyul 2022
  • Footvolley
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Teqball
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Biz futzala yeni nəfəs qazandırlmalıyıq" - REPORTAJ

Bildiyiniz kimi, ölkə futzalında bir sıra problemlər mövcuddur. Peşəkar klubların sayının az olması, maddi vəziyyətin, infrastruktur və şəraitin yaxşı olmaması bir yana peşəkar futzaçıların sayı elə də çox deyil.

Sportfm.az xəbər verir ki, bunun səbəb son illərdə futzal məktəblərinin və akademiyalarının fəaliyyət göstərməməsidi. Bu səbəbdən uzun müddətdi milli komandada braziliyalı legionerlər çıxış edirlər. Legionerlər bir çox ölkələrdə komandaya kömək olmaq üçün milliləşdirilirlərsə, bizdə vəziyyət fərqlidilər. Yığma komandamızın əsas oyunçuları məhz braziliyalılardı. Ustalıq səviyyəsi yüksək olan barmaqla sayılacaq qədər yerli futzalçımız var. Onların böyük hissəsi karyeralarının qürub çağını yaşayırlar. Onları əvəz edə biləcək futzalçılar isə demək olar yoxdur. Hazırda milli komandaya cəlb edilən gənclərdən yalnız qapıçı Rövşən Hüseynli liderlik xüsusiyəti ilə seçilir. O, artıq bir neçə ildi ki, milli komandanın heyətində çıxış edir və eyni zamanda, "Araz"ın qolkiperidi. Rövşəndən yanaşı milli komandada başqa gənc futzalçılar da çıxış edir. Ancaq onların ustalıq səviyyələri və təcrübələri elə də yüksək deyil. Sloveniyada keçirilən sonuncu Avropa Çempionatında yerli oyunçu sarıdan ciddi problemlərin olması ciddi şəkildə sezildi. 

Təəssüflər olsun ki, hazırda ölkəmizdə yalnız bir peşəkar statuslu uşaq-futzal məktəbi fəaliyyət göstərir. 2012-ci ildə yaradılan "Fənər" Futzal Klubunun nəzdində bu ildən etibarən uşaq-futzal məktəbi fəaliyyətə başlayıb. Məktəbin təsisçisi isə klubun prezidenti Turqay Fərzəliyevdir.  

Qısa zaman kəsiyində müxtəlif yaşlarda olan 30-dan çox uşaq bu məktəbdə futzalın sirlərini öyrənir. Növbəti yazımızı bu məktəbə həsr etmək üçün məşqlərdən birini izlədik. Gördüklərimiz bizi yaxşı mənada təəccübləndirdi. Keçirilən məşqlər, yaradılan şərait, uşaqlara qarşı xüsusi diqqət, hər şey yüksək səviyyədə idi. Məşqləri A kateqoriyalı məşqçi Azər Cabbarov və uzun illər milli komandamızın şərəfini qorumuş, hazırda "FK. İD. Futsal" komandasında çıxış edən Rəcəb Fərəczadə aparır. Onların işə yanaşmaları və uşaqlarla münasibəti xüsusilə seçilir. Elə uşaqlar da böyük həvəslə məşq edirdilər. Qısa zaman kəsiyində əldə edilən nəticə gələcəyə ümid verə bilməz. 

Məşqin gedişində fürsətdən istifadə edib "Fənər"in uşaq-futzal məktəbinin koordinatoru Samir Məmmədovla söhbətləşdik. O, məktəbin yaradılmasından, mövcud vəziyyət və yaradılan şəraitdən danışdı: 

"Bildiyiniz kimi futzalımızda məktəb və akademiya sarıdan böyük problemlər var. Klublarımızın uşaq futzal məktəbləri yoxdur. Bu boşluğu aradan qaldırmaq üçün 2018-ci ilin yanvarında "Fənər" futzal klubunun nəzdində bu məktəbi yaratdıq. Buna görə klubun prezidenti Turqay Fərzəliyevə təşəkkür edirəm. Gördüyünüz kimi məşqləri "Marafon" İdman Klubunun zalında keçirik. Hər cür şəraitimiz var. Forma və idman ləvazimatları baxımından da heç bir problemimiz yoxdu. 

Uşaq sayı elə də çox olmadığından hələlik onları yaş qruplarına bölməmişik. Hazırda 30-dan çox uşaq bizimlə məşq edir. Onların yaşları fərqlidi. Amma hələlik onlar bir arada məşq edirlər. Uşaqların sayı artdıqca tədricən onlar yaş qruplarına bölünəcəklər. Belə davam edərsə, yaxın gələcəkdə buna nail olacağıq. İndi bizim üçün ən vacib məsələ uşaqların futzala alışması və bu idman növünü qəbul etməsidi. Çünki futzal futboldan kifayət qədər fərqlənir. Kiçik yaşlı uşaqlar futzalın nə olduğunu bilmirlər. Hətta bəzilərinin topla ilk tanışlığı da burada olub. Ona görə də ilk addımlar müəyyən qədər çətin olur. Amma arxada qalan müddət ərzində müəyyən qədər irəliləyiş edə bilmişik. İlk vaxtları xatırlayanda uşaqlarda yaxşı mənada ciddi fərqlərin olduğunu görürük. Artıq bəzi uşaqlar tanışlıq mərhələsini aşıblar. Məktəbimizə qatılan, futzalla tanışlığı olmayan hər bir uşaq bu prosesdən keçəcək. Hətta valideynlər də bu idman növü ilə yenicə tanış olmağa başlayıblar. Bəzi valideynlər futzaldan ümumiyyətlə xəbərsiz idilər. Kütləviliyin olmaması bunun əsas səbəblərindən biridir. Bu məktəb elə bu məqsədlə yaradılıb. Biz futzala yeni nəfəs qazandırlmalıyıq. İrəliyə doğru addımlar atıldıqca problemlər getdikcə seyrəkləşəcək". 

Uşaq-futzal məktəbinin rəsmisi eyni zamanda problemlərdən də danışdı. Məmmədov sparrinq rəqiblər tapmaqda çətinlik çəkdiklərini vurğuladı. Eyni zamanda uşaq-futzal məktəblərinin yoxluğundan da şikayətləndi:  

"Bizim problemlərimizdən biri də aşağı yaş qrupları üzrə liqaların, oyunların olmamasıdı. Bu, uşaqların inkişafı üçün lazımdı. Bildiyiniz kimi, futbolda aşağı liqalar var. Futzalda da uşaqlar üçün turnirlər olsa, yaxşı olar. Məşq etməklə oyunçu yetişdirmək mümkün deyil. Uşaqlar kiçik yaşlarından nə qədər çox oyun keçirsələr, o qədər yaxşı formalaşar, təcrübə toplayarlar. Hələlik bu vəziyyətdən çıxış yolu sparrinq rəqiblər tapmaqdı. Amma bu sarıdan da problemlər var. Çünki heç bir klubun nəzdində futzal məktəbi yoxdur". 

Samir Məmmədov gələcəyə böyük ümidlə baxır. Onun sözlərinə görə, belə davam edərsə, yaxın gələcəkdə milli komandada legionerlərə ehtiyac qalmayacaq. Bunun üçünsə daha çox məktəblərin açılmasını, uşaqların futzala cəlb olunmasının vacib olduğunu da bildirdi: 

"Bu işə yeni başlamışıq. İndidən gələcəklə bağlı nəsə danışmaq tezdi. Amma bizim bu yolda məqsədlərimiz var. Milli komandaya, həmçinin "Fənər"in əsas komandasına öz futzalçılarımızı vermək istəyirik. Uşaqlar müxtəlif yaşlarda olduğundan onların tam yetişmə prosesi də müxtəlifdi. Yaşı çox olan uşaqları qısa zamanda əsas komandaya verə biləriksə, 5-6 yaşlı uşaqların tam yetişməsi üçün bizə 10 il vaxt lazım olacaq. Burda gördüyünüz uşaqların heç də hamısı tam sona qədər davam etməyəcəklər. Bəziləri başqa istiqamətə yönələcək, bəziləri isə inkişaf etməyə, potensial olmaya bilər. Belə olan halda biz həmin uşaqlarla yollarımızı ayıra bilmərik. Amma biz sona qədər uşaqların inkişafı üçün çalışacağıq. Elə ola bilər ki, hansısa uşağın potensialı çox gec açılsın və ya meydan oyunçusu deyil yaxşı qapıçı olsun. Bunun üçün biz diqqətli çalışmalı və qərar verməyə tələsməməliyik. 

Burada yetişəcək uşaqlar futzalımıza, millimizə və klubumuzun əsas komandasına böyük xeyir verəcək. Kənardan futzalçı gətirməyə ehtiyac qalmayacaq. Biz futzalmızın inkişafını istəyiriksə, başqa klublarda belə məktəblər açmalıdı. Bu, həm rəqabət, həm də inkişaf deməkdi. Belə olacağı halda milli komandada legionerlər çıxışına ehtiyac qalmayacaq. 

Mən valideynlərə səslənirəm, uşaqlarınızı bizə etibar edin. Bu, onlara çox lazımdı. Uşaqları həm idmanla məşğul olurlar, həm pis vərdişlərdən uzaq qalırlar, həm də peşəyə yiyələnirlər". 

Daha sonra məşqçi Rəcəb Fərəczadə ilə söhbətləşdik. Məşqçi karyerasında ilk addımlarını atan təcrübəli futzalçı gördükləri işin vacibliyindən, futzalın nə qədər çətin idman növü olmasından və mövcud problemlərdən danışdı: 

"Məktəbimiz bildiyiniz kimi yeni fəaliyyətə başlayıb. Həftənin üç günü məşq edirik. Fikrimcə, ilk vaxtlar üçün məşq sayı normaldı. Özünüz də gördüz şəraitimiz normaldı. A kateqoriyalı məşqçi Azər Cabbarovla birlikdə çalışırıq. Mənə bu şansı verən rəhbərliyə təşəkkürümü bildirirəm. 

Məşqlərimiz yaxşı keçir. Uşaqlar həvəslə çalışırlar. Baxmayaraq ki, futzal bəziləri üçün yeni idman növüdü. Bir sıra uşaqlar isə futbolla məşğul olduqları üçün müəyyən qədər tez öyrənirlər. Amma futzalla futbol bir-birilərindən tamam fərqlənirlər. Hər ikisinin fərqli qaydaları var və oynanılma şəraiti tamam başqadır. Futbol futzala nisbətən daha asandı. Futzalda meydan balaca, oyunçu sayı az, vaxt isə məhduddu. Qısa zaman kəsiyində qərar vermək lazımdır, həmçinin meydançada çoxlu fiziki güc sərf etməlisən. Daha çox faktlar sadalaya bilərik. Futbolda nələrisə sığortalamaq, dəyişmək mümkündü. Futzalda hər şey tamam başqadı. Ona görə də futzalı ayrıca öyrənmək lazımdı. Bunun üçün isə şərait, məktəblər lazımdı. Təəssüf ki, belə məktəblər yoxdur. Hər klubun öz məktəbi, uşaq futzalı olmalıdı. Ona görə də yerli futzalçı baxımından problemlərlə üzləşmişik. Bundan sonra irəliyə baxıb yeni futzalçılar yetişdirmək lazımdı". 

Fərəczadə futzalda yeni istedadların yetişəcəyinə, onlar milli komandaya qədər yüksələcəyinə də inanır:

"Uşaqlar məktəbimizə qoşulduqları gündən sonra xeyli inkişaf ediblər. İnanıram ki, gələcəkdə onlardan bir neçəsi əsas komandanın və yığmanın üzvünə çevriləcəklər. Aşağı yaş qrupları üzrə liqalar, digər futzal məktəbləri fəaliyyət göstərərlərsə, inkişaf prosesi daha sürətli gedə bilər. Bunun üçün digər klublar da hərəkətə keçməlidilər.

Valideynlər uşaqlarını futzala yönləndirməkdən çəkinməsinlər. Uşağın sağlamlığına, gələcəyinə müsbət təsir edəcək idman növüdü. Futzalla məşğul olan uşaqlar gələcəkdə futbola da yönələ bilərlər". 

O, sonda vacib bir məqama da toxundu. Rəcəb Fərəczadə futzalçılarla yanaşı yeni məşqçilərin yetişməsinin də vacib olduğunu bildirdi:

"Uşaq futzal məktəblərinin açılması təkcə yeni futzalçıların yetişməsi demək deyil. Həm də futzalçıların karyeralarını bitirdikdən sonra məşqçi kimi fəaliyyətə başlaması üçün fürsətdi. Belə məktəblər nə qədər çox olarsa, kənarda qalan sabiq futzalçılarımız özlərinə iş tapa bilərlər. Sağ olsun "Fənər" rəhbərliyi mənə belə şərait yaradıb. Başqa futzalçılara da belə şərait yaradılmalıdı. Onlar təcrübələrini uşaqlarla, gənclərlə bölüşməlidilər. Gələcəkdə həmin məşqçilər əsas komanda da belə çalışa bilərlər. Xaricdən mütəxəssis gətirməyə də ehtiyac qalmaz. Bu olacağı təqdirdə futzalın gələcəyi və potensialı da daha da artacaq. Bu idman növü hərtərəfli inkişaf edəcək".(sportarena.az)

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих

26-03-2018
1350
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
9-01-2020
Sakit Rzayevdən
Sakit Rzayevdən "Fənər"ə sürpriz ziyarət - FOTO
6-11-2019
Futzala sevgisi olan hər kəsi gözləyirik!
Futzala sevgisi olan hər kəsi gözləyirik!
28-10-2019
Futzala sevgisi olan hər kəsi gözləyirik!
Futzala sevgisi olan hər kəsi gözləyirik!
11-10-2019
Veteran futzalçı
Veteran futzalçı "Araz"ın ağır məğlubiyyətlərini şərh etdi: "İrəlidə daha pis nəticələrlə üzləşəcəyik"
15-02-2019
“Problem ondadır ki, bu uşaqlar futzal məktəbi görməyiblər” -
“Problem ondadır ki, bu uşaqlar futzal məktəbi görməyiblər” - Ağatahir Əzimov
18-09-2018
"Bu oyun bizim üçün əla test olacaq” - millimizin baş məşqçisi
19-04-2018
"Fənər" uşaq-futzal məktəbi "Açıq qapılar" günü keçirəcək
21-03-2018
"İranda yaşayan soydaşlarımızı komandamıza ilk dəfə biz cəlb etdik"
19-02-2018
"Kimlərisə hər tur böyük hesabla məğlub etmək maraqlı deyil"
13-02-2018
"Çox az adam inanırdı ki, biz kiməsə badalaq vuraq, dişimizi göstərək"
22-01-2018
Azərbaycanda ilk uşaq-futzal məktəbi fəaliyyətə başladı -
Azərbaycanda ilk uşaq-futzal məktəbi fəaliyyətə başladı - FOTO, VİDEO
22-11-2017
Futzalla maraqlanmayan gənc necə yığmamızın üzvünə çevrildi?
Futzalla maraqlanmayan gənc necə yığmamızın üzvünə çevrildi? (LAYİHƏ)
18-11-2017
"Gənclər klubların əvəzedici heyətində oynamağı, futzal oynamaqdan üstün tutur" (LAYİHƏ)
11-10-2017
Alesio da Silva: “Turnirə 100 faiz hazır olduğunu iddia edə bilmərəm
Alesio da Silva: “Turnirə 100 faiz hazır olduğunu iddia edə bilmərəm"
21-09-2017
Əsas dərdi meydança olan kiçik
Əsas dərdi meydança olan kiçik "aslanlar"ın hədəfi (LAYİHƏ)
  Xəbər lenti
Güləşçilərimizdən 1 qızıl, 1 bürünc - Avropa çempionatı 3.07.2022, 22:53
Nazirlərimiz yarışa qatıldı - FOTO 3.07.2022, 21:09
Gimnastımız FIG kubokuna layiq görüldü 3.07.2022, 20:52
"Zirə" müdafiəçisi ilə yeni müqavilə bağladı 3.07.2022, 18:19
Azərbaycan millisi İspaniyaya məğlub oldu 3.07.2022, 17:28
Cüdoçumuz beynəlxalq turnirin qalibi oldu 3.07.2022, 17:12
Gürcüstan millisinin üzvü "Neftçi"də - 2 illik müqavilə 3.07.2022, 15:42
Millimiz bu gün İspaniyaya qarşı - Avropa Liqası 3.07.2022, 14:30
Gənc məşqçi qəzada həyatını itirdi - FOTO 3.07.2022, 13:25
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ 0 0
2 Neftçi 0 0
3 Zirə 0 0
4 Qəbələ 0 0
5 Sabah 0 0
6 Şamaxı 0 0
7 Sumqayıt  0 0
8 Səbail 0 0
9 Kəpəz 0 0
10 Turan 0 0
Ətraflı
4-06-2022
Gənc futbolçunun qidalanması
Gənc futbolçunun qidalanması
25-06-2022
Teqball turnirinin qalibi
Teqball turnirinin qalibi "Meqa" oldu - FOTOLAR
30-06-2022
Məşq yükünün ölçüsünü təyin edərkən məşqçi nəyi nəzərə almalıdır? -
Məşq yükünün ölçüsünü təyin edərkən məşqçi nəyi nəzərə almalıdır? - YAZI
13-06-2022
Gənc futbolçularla  əsas iş prinsipləri
Gənc futbolçularla  əsas iş prinsipləri
13-06-2022
"Millimiz heç vaxt normal nəticələrə imza ata bilməyəcək" - Araz Əhmədov
20-06-2022
Gənc Futbolçuların məşq prosesində  müxtəlif istiqamətli yüklərin nisbətinin   optimallaşdırılması metodları
Gənc Futbolçuların məşq prosesində müxtəlif istiqamətli yüklərin nisbətinin optimallaşdırılması metodları
11-06-2022
Azərbaycan - Slovakiya 0:1 -
Azərbaycan - Slovakiya 0:1 - VİDEO
23-06-2022
Nihad Ağazadə:
Nihad Ağazadə: "Ən böyük arzum milli komandamızın şərəfini qorumaqdı"
18-06-2022
Azərbaycanlı qapıçı
Azərbaycanlı qapıçı "Sokol"dan ayrıldı
12-06-2022
"Neftçi" 40 oyundur məğlub olmayan məşqçini işdən azad etdi - İzahsız
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Qaradağ Lökbatan 24 55
2 Şamaxı-2 24 44
3 Qarabağ-2 24 42
4 Sabah-2 24 39
5 Neftçi-2 24 38
6 MOİK 24 36
7 Kəpəz 24 36
8 Zaqatala 24 33
9 Qəbələ-2 24 33
10 Turan Tovuz 24 33
11 Sumqayıt-2 24 20
12 Səbail-2 24 15
13 Zirə-2 24 12
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb