7 yaşlı Muradov hər kəsə meydan oxuyur -VİDEO
Öz çəkisindən dəfələrlə artığını qaldırır, peşəkar idmançıların məşq proqramlarını icra edir... Cəmi 7 yaşı olmasına baxmayaraq 60-70 kiloqramlıq çəki daşları ilə idman edir.
Sportfm.az xəbər verir ki, Alik Muradovun etdiyi hərəkətlər adətən məşhur idmançıların etdiyi məşq proqramlarından heç də fərqlənmir.
İki ildir ki, peşəkar idmanla məşğul olan Alik həmyaşıdlarından fərqli olaraq vaxtının böyük bir hissəsini məşq zallarında keçirir və demək olar ki, o, burdakı bütün çətin hərəkətlərin öhtəsindən rahatlıqla gəlir.
Alikin atası Fuad Muradov bir zamanlar dünya çempionu olub. O deyir ki, bir çox insan bu yaşda belə hərəkətlərin uşaq üçün təhlükəli olduğunu düşünsə də, oğlununu idmana həvəsi onları yolundan döndərə bilməyib.
Hazırda Alik mütəmadi yarışlarda iştirak edir. Onun məqsədi olimpiya və dünya birincisi olmaqdır.(xezerxeber.az)
Oxşar xəbərlər
"Bizə hələ də zal verilməyib, dəstəyimiz yoxdur...” -
Superliqaya Ahmet Çalıkın adı verildi - Qərar
Pandemiyadan sonra idmançılar necə çıxış edəcək? - AÇIQLAMA
"Pul olmayanda, sevgi də, eşq də uğursuz olur" - FOTO
Gəncədə təntənəli idman paradı keçirildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası