"Axmat" klubu Bakı Olimpiya Stadionunda döyüş gecəsi keçirəcək
Mayın 4-də Bakı Olimpiya Stadionunun (BOS) əsas meydanında WFCA-48 (World Fighting Championship Akhmat) adlı döyüş gecəsi keçiriləcək.
Sportfm.az xəbər verir ki, saat 19:00-da başlanacaq tədbirin təşkilatçıları "Axmat", Azərbaycan Cüdo Federasiyası və "Olimpiya" döyüş klublarıdır.
Bu, BOS üçün tam yeni formatlı tədbir olacaq. Gecədə 10 döyüş və 1 superdöyüş təşkil ediləcək. Azərbaycanı 3 döyüşçü - Vüqar Kərəmov, Mehman Məmmədov və Bəxtiyar Arzumanov təmsil edəcək. Digər döyüşçülər Rusiya, Ukrayna, Braziliya, Qırğız Respublikası və ABŞ-dan olacaq. Superdöyüş isə iki rusiyalı - Maqomedrəsul Xasbulayev və Salman Jamaldayev arasında keçiriləcək.
Biletlər aprelin əvvəlində satışa çıxarılacaq.
Döyüşlər üçün arenanın bir hissəsi ayrılacaq və səhnə ətrafında 4 min nəfərlik tribuna quraşdırılacaq.
Qeyd edək ki, əslən azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov da "Axmat" klubunun üzvüdür. (report.az)
Oxşar xəbərlər
Heydər Əliyevin 100 illiyinə həsr olunan turnir keçiriləcək
Zabit Səmədov Bakıda döyüşəcək
Könüllülər üçün xüsusi salamlama gecəsi təşkil olundu
Zabit Səmədov növbəti görüşünü keçirəcək
BOS-da döyüş olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniya Bakıda İspaniyaya qalib gəldi - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qəbələ" - "Şamaxı" - START HEYƏTLƏR
-
Millimizin rəqibi Türkiyə oldu - Avropa çempionatı
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları















Misli Premyer Liqası