Heydər Əliyevin 100 illiyinə həsr olunan turnir keçiriləcək
Mayın 26-da AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək.
Sportfm.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunacaq yarışda 10 komanda iştirak edəcək.
Bunlar AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və sponsorlar olacaq.
Komandalar hər birində beş kollektiv olmaqla 2 qrupa bölünəcəklər. Birinci yeri tutanlar arasında qalibi müəyyənləşdirmək üçün final oyunu baş tutacaq.
Turnirə saat 16:30-da start veriləcək. Final görüşü saat 20:00-da başlayacaq. Matçlar Bakı Olimpiya Stadionunun əsas meydanında keçiriləcək.
Oyunları izləmək istəyən azarkeşlər və mətbuat nümayəndələri üçün stadiona giriş sərbəst olacaq.
Oxşar xəbərlər
Beynəlxalq turnirdə 11 ölkə iştirak edəcək
Bakıda keçiriləcək boks turnirində 11 ölkə iştirak edəcək
Bakıda cüdo üzrə ilk belə yarış olacaq
“Prezident kuboku-2022”-də 100-dən artıq idmançı mübarizə aparacaq
Futbol turniri keçiriləcək - Ulu öndər Heydər Əliyevin xatirəsinə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası