Mirabdulla Abbasov:Uduza da bilərdik
"Neftçi”nin hücumçusu Mirabdulla Abbasov Topaz Premyer Liqanın 22-ci turunda “Sumqayıt”la 2:2 hesablı heç-heçə ilə bitən matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportfm.az xəbər verir ki, gənc hücumçu əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
- Təəssüf ki, oyun heç-heçə bitdi. Qələbə qazana, hətta uduza da bilərdik. Hər iki komandanın qol imkanları vardı. Fikrimcə, ədalətli nəticə oldu.
- Qarşıdan "Qəbələ” ilə kubok oyunu gəlir. Bu xal itkisi həmin matçda sizə mənfi təsir etməyəcək ki?
- Düşünmürəm ki, etsin. Komanda yarımfinal oyununa bundan da yaxşı hazırlaşacaq. Əlimizdən gələni edəcəyik ki, finala yüksələk. Buna nail olacağımıza inanıram.
- İkinci hissədə komandanız meydanda daha yaxşı təsir bağışladı. Tərlan Əhmədov fasilədə hansı tapşırıqları verdi?
- Birinci hissədə də eyni istəklə oynayırdıq. Ancaq fasilədən sonra oyunumuz daha yaxşı alındı. İkinci qolu vuraraq hesabda irəli də çıxdıq. Bundan sonra da qol vəziyyətlərimiz oldu. Lakin istifadə edə bilmədik.
- Artıq "Neftçi”nin əsas hücumçusuna çevrilmisən. Halbuki baş məşqçi əvvəllər səndən narazılıq edirdi...
- Hər bir futbolçu şans qazandıqca, oynadıqca açılışır. Çox şadam ki, oynayıram, qollarımı vururam.
- Evdə qazanılan 1 xal sərfəli nəticə saymaq olar?
- Meydana qələbə üçün çıxmışdıq. 3 xal çox vacib idi. Çünki qalib gəlsəydik, 3-cü pillədəki komanda ilə aramızda 2 xallıq fərq qalacaqdı.
- Kubokda "Qəbələ”, ardınca Premyer Liqada "Zirə” ilə qarşılaşacaqsınız. Bu, psixoloji cəhətdən komandaya necə təsir edə bilər?
- Bu planda komandada hər şey qaydasındadır. Həm çempionatda yolumuza davam etmək, həm də kubokda finala çıxmaq üçün qarşıdakı matçlara köklənəcəyik.
Oxşar xəbərlər
"Heç bir şey alınmadı" - Rəşad Sadıqov
Emin Mahmudov: Oynamaq daha asan oldu
"Samir Abasov bir az səbrli olsa, daha yaxşı olar"
"Neftçi"nin hücumçusu: Onlar bizi çox yaxşı tanıyırlar
Tərlan Əhmədov çempionatda hələ də futbolçuları sınamaq istəyir!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO















Misli Premyer Liqası