reklam
Sportfm.az xəbər saytı

"Millimizin matçında Olimpiya Stadionunda yenilik olacaq" -Cəmilə Mehdiyeva


Azərbaycan və Belarus milli komandaları arasındakı yoldaşlıq matçı zamanı ailəli azarkeşlər üçün xüsusi sektor yaradılacaq.  

Sportfm.az xəbər verir ki, bu barədə “report”a Bakı Olimpiya Stadionunun İctimaiyyətlə əlaqələr və media departamentinin rəhbəri Cəmilə Mehdiyeva məlumat verib.  

Onun sözlərinə görə, həmin sektorda yalnız ailəli azarkeşlər əyləşəcək: “Hazırda fəal surətlə çalışırıq. Martın 23-də futbol üzrə Azərbaycan və Belarus komandaları arasında yoldaşlıq matçı olacaq. 

Biz qərara gəldik ki, xanımlar və uşaqlar üçün stadiona gəlməməyə hansısa bir səbəb olmasın. Bu oyun üçün ailə sektoru yaradırıq. Bu sektorda yalnız ailəli azarkeşlər əyləşəcək. 

Atalar və analar futbola baxarkən uşaqlar əylənəcəklər. Onlar üçün xüsusi yer olacaq. Həmin oyunda peşəkar dayələr fəaliyyət göstərəcək. Dayələr oyundan bir saat əvvəl və yarım saat sonra uşaqlara baxacaq".

Oxşar xəbərlər

Millimizin oyununda azarkeşlər olacaq - Yoldaşlıq görüşü
"Qalatasaray" Bakıya 45 nəfərlə gəlir - 23-ü futbolçudur
Azərbaycan və Belarus yığmaları qarşı-qarşıya gələcək
Azarkeşlər millimizin oyununa niyə buraxılmadı? – AFFA-dan açıqlama
"Qarabağ"ın oyununda xoşagəlməz insindent - HADİSƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər