Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azarkeşlər millimizin oyununa niyə buraxılmadı? – AFFA-dan açıqlama
Azarkeşlər millimizin oyununa niyə buraxılmadı? –<b style="color:red"> AFFA-dan açıqlama</b>
AFFA millimizin Dohada Qətər yığması ilə yoldaşlıq oyunu zamanı azərbaycanlı azarkeşlərin stadiona buraxılmamasına aydınlıq gətirib.
Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.az-ın müxbiri ilə söhbətində Qətər Futbol Federasiyasının qərarı ilə oyunun tam qapalı şəraitdə keçirildiyini deyib: "Təkcə bizim yox, ümumiyyətlə, heç bir azarkeş stadiona buraxılmadı. Səbəb isə Qətərin İran və Özbəkistanla rəsmi oyunlarının olmasıdır. Təsəvvür edin ki, stadionda internet də yox idi. Demə, Qətərdə qayda belədir. Bildirirlər ki, biz yoldaşlıq matçlarımızı tam qapalı şəraitdə keçiririk ki, rəqib oyunumu öyrənə bilməsin. Onların bir neçə yoldaşlıq oyunu bu şəkildə olub”.
M.Nərimanoğlunun sözlərinə görə, Qətər Futbol Federasiyası oyunun qapalı keçiriləcəyi ilə bağlı onlara əvvəlcədən AFFA-ya xəbərdarlıq etməyib: "Bizə əvvəlcədən məlumat verilməmişdi. Buna görə də oyuna gələn azarkeşlərimizə Azərbaycan bayrağı vermişdik. Onlar komandamıza dəstək üçün hazırlaşmışdılar".
Oxşar xəbərlər
Millimizin matçı qapalı keçiriləcək - Koronavirusa görə
AFFA-nın Konfransı olacaq - Qapalı şəraitdə
“Həm ucuzdur, həm də keyfiyyətli” – AFFA-dan forma tənqidinə cavab
"Qızıl" qazananlara AFFA nə qədər mükafat verəcək?
42 gün sonra yığmamızın oyununu seyr etmək mümkün oldu! - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası