reklam
Basketbolçu
Sportfm.az xəbər saytı

Basketbolçu "Oskar" qazandı -FOTO


NBA-nın əfsanəvi basketbolçularından Kobe Brayant "Oskar" film mükafatını qazanıb.

Sportfm.az xəbər verir ki, Hollivoodakı "Dolbi teatr"ında təşkil olunan 90-cı mükafatlandırma mərasimində Brayantın yazdığı və Qlen Kinin çəkdiyi "Dear Basketball" (Sevgili Basketbol) adlı film "Ən yaxşı qısa animasiya" filmi nominasiyasında qalib olub. 

5 qat NBA çempionu mükafatı aldıqdan sonrakı çıxışında "Basketbolçular olaraq susub topla oynamağımız gərəkdir" deyərək, filmdə əməyi keçən rejissora, musiqisini bəstələyən Con Vilyamsa təşəkkür etməyi unutmayıb.

5 dəqiqəlik  olan "Dear Basketball"da Brayantın 2015-ci ildə "The Players' Tribune" nəşrinə yazdığı basketbolu buraxmasına aid məktubdan istifadə olunub. Filmdə Kobe basketbola olan sevgisi ilə yanaşı 20 illik karyerasını da dəyərləndirib.

Oxşar xəbərlər

Brayantın forması hərracda satıldı - 1,2 milyon dollara
Brayantın adı əbədiləşdiriləcək
Kobi Brayantın necə öldüyü məlum olub - Təfərrüat
Azərbaycanın adı "Oskar" mükafatçıları sırasında
Çempion və bombardir haqqında film çəkiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər