Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çempion və bombardir haqqında film çəkiləcək
İngiltərə Premyer Liqasının qalibi olmuş "Lester" haqqında film çəkiləcək. Komanda.az xəbər verir ki, bu ideya "Döyüşçü" filminin ssenaristləri - Pol Teymesi və Erik Consona məxsusdu. Filmdə əsas diqqət "Lester"in bombardiri Ceymi Vardiyə yönələcək. O, 2012-ci ildə aşağı dəstə klubundan "Lester"ə keçərək, şöhrət qazanıb. Vardi ötən mövsüm 11 oyun dalbadal qol vuraraq, İngiltərə Premeyer Liqasında rekord müəyyənləşdirib. Ona görə də ssenaristlər filmdə ön plana Vardini çıxarmaq istəyirlər. Erik Conson məsələ ilə bağlı belə deyib:
"Bu, idman filmindən daha artıq bir layihə olacaq. Bu filmdə arzuların necə reallaşmasından və insan iradəsinin təntənəsindən söhbət açılacaq".
Oxşar xəbərlər
"Lester" Premyer Liqaya qayıtdı
"Qarabağ" haqqında film çəkiləcək - Nazir açıqladı
Premyer Liqanın ən yaşlı bombardiri
"Real"ın futbolçusu haqqında sənədli film çəkildi
Ceymi Vardi qərarını dəyişdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası