reklam
Kobi Brayantın necə öldüyü məlum olub -
Sportfm.az xəbər saytı

Kobi Brayantın necə öldüyü məlum olub -Təfərrüat


İdman dünyasını yasa bürüyən əfsanəvi basketbolçu Kobi Brayantın ölümünə səbəb olan helikopter qəzasının təfərrüatları məlum olub.

Sportfm.az xəbər verir ki, 42 yaşlı keçmiş basketbolçunu aparan "Sikorsky S-76" tipli helikopter Kaliforniyada güclü dumana görə qəzaya düşüb. Pilot güclü dumana görə 15 dəqiqə havada dövrə vurmalı olub. İddiaya görə, qəzada pilotun böyük səhvi olub. 

09:30-da "Burbank" hava limanından qalxan helikopterin pilotu 15 dəqiqə havada dövr edib. Dumana görə önünü görməyə pilot qərbə doğru istiqamətlənib. 09:40-da daha da güclü dumanla rastlaşan pilot cənuba istiqamət almalı olub. Bu isə çox ciddi həmlə olub. Çünki cənub istiqamətdə dağ var idi. Bu dönüş zamanı helikopter 356 metrdən 609 metrə qədər havaya qalxmalı olub. Hündürlüyün qalxmasının qəzaya səbəb olduğu yazılır. 

Saat 09:45-də 518 metr hündürlükdən 218 km/saat sürətlə dağa çırpılan helikopterdən sağ qurtulan olmadı. Los-Anceles polisi helikopterdə olan 9 nəfərin vəfat etdiyini açıqlayıb. Brayantın 13 yaşlı qızı Cianna da dünyasını dəyişib.

Oxşar xəbərlər

Brayantın forması hərracda satıldı - 1,2 milyon dollara
Dünya ulduzu erməninin səhlənkarlığı nəticəsində vəfat edib - Məhkəmə çəkişməsi
"Qara mamba"nın ölümündən əvvəl gizlin sövdələşmə - FOTO
Brayantın adı əbədiləşdiriləcək
Basketbolun əfsanəsi faciəvi şəkildə dünyasını dəyişdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər