Tofiq Musayev bayrağmızı dalğalandırır -FOTO
Hər sahədə olduğu kimi, idman sahəsindədə uğur qazanaraq bayrağımızı dalğalandıran gənclərimiz yetişməkdədir.
Sportfm.az xəbər verir ki, azərbaycanlı gənc döyüşçü Tofiq Musayev WFCA 45 üzrə reytinq döyüşündə, qələbə qazanaraq reytinqin 2-ci pilləsində qərarlaşıb. Onun növbəti döyüşü isə kəmər uğrunda döyüş olacaq. Qısa müddətdə böyük uğurlara imza atan gənc idmançımız Rusiya mətbuatının, beynəlxalq ictimaiyyətin və eyni zamanda Ramzan Kadırovun diqqətini özünə çəkməyi bacarıb. Jurnalistlərə müsahibə verən idmançımız bildirib ki: "Fevralın 24-ü rəqibim Zurab Baterqayev idi o, Çeçenistan klubunun idmançısı idi. Hal-hazırda danışıqlar gedir ola bilsin ki, mayın 10-da Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş 46-cı turnir Bakıda keçirilsin. Həmin döyüşdə rəqibim ya İmaməli Qamzatov, ya da Huseyn Xəliyev olacaq".
Qeyd edək ki, Musayev son illər adından söz etdirə bilib.
Oxşar xəbərlər
Tofiq Musayev yeni rinqdə - Müqavilə bağladı
Tofiq Musayev növbəti döyüşünə çıxacaq
Tofiq Musayev növbəti qələbəsini rəsmiləşdirdi
İdman tariximizdə bir ilk - Azərbaycan UFC-də təmsil olunacaq
Azərbaycanlı döyüşçü dünya çempionu oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası