Azərbaycanlı döyüşçü dünya çempionu oldu
Azərbaycanın və "Qəbələ" İdman Klubunun döyüşçüsü Bəxtiyar Abbasov növbəti beynəlxalq titulunu qazanıb.
Sportfm.az xəbər verir ki, 33 yaşlı idmançımız MMA GEFC Global (Grand European Fighting Championship) dünya çempionu tituluna yiyələnib. O, bu uğura Bakıda, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq turnirdə imza atıb.
Səksən dörd kiloqram çəki dərəcəsində çıxış edən B.Abbasov kəmər uğrunda döyüşdə braziliyalı Joze Eudes Tavareslə qarşılaşıb. Beş raundluq döyüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan idmançımız döyüşü vaxtından əvvəl qələbə ilə başa vurub. O, dördüncü raundda texniki nokautla qalib gəlib və dünya çempionu adına sahib çıxıb.
"Qəbələ"nin daha bir idmançısı turnir çərçivəsində qüvvəsini sınayıb. Yetmiş kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev Qazaxıstan idmançısı Aybek Nurseitlə üz-üzə gəlib. Bərabər mübarizə şəraitində keçən üç raundluq reytinq döyüşü heç-heçə ilə yekunlaşıb.
Oxşar xəbərlər
Azərbaycanın MMA döyüşçüsü Almaniyada qələbə qazandı
MMA döyüşçümüz növbəti qələbəsini qazandı - UĞUR
Abbasov dünya çempionu oldu
Döyüşçümüz dünya kəmərinə sahib oldu - FOTO
6-cı döyüşünü texniki nokautla qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası