Boksçumuz Yusif Məsudzadə “Strandja” turnirinə qələbə ilə başladı
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. 69-cu dəfə keçirilən yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb.
Sportfm.az xəbər verir ki, boksçularımızdan Yusif Məsudzadə turnirə qələbə ilə başlayıb. Əlli iki kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz ilk görüşündə bolqarıstanlı Tinko Banabakovu mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gəlib. Y.Məsudzadə fevralın 23-də təşkil olunacaq 1/4 finalda iranlı Reza Suleymanifardla üz-üzə gələcək.
Elvin İsayev (64 kq) və Rahil Məmmədlinin (91 kq) debütü uğurlu alınmayıb. Boksçularımız müvafiq olaraq, Luis Rodriques (Braziliya) və Abzal Kuttibekova (Qazaxıstan) məğlub olublar.
Qeyd edək ki, yığmamız 32 ölkədən 300-dən artıq boksçunun qatıldığı turnirə 7 idmançı ilə yollanıb. Təmsilçilərimizdən bu gün daha ikisi mübarizəyə qoşulacaq.
Oxşar xəbərlər
Bolqarıstan boksçumuz üçün düşərli oldu
İranlını döyüb ukraynalını gözləyir
Azərbaycanlı Forda uduzdu, mübarizəni dayandırdı
Boks yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı
“Strandja” turnirində 7 idmançımız sınaqdan keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası