“Strandja” turnirində 7 idmançımız sınaqdan keçəcək
Fevralın 19-25-də Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri təşkil olunacaq. 69-cu dəfə keçiriləcək yarışda həm kişilər, həm də qadınlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.
Sportfm.az xəbər verir ki, Azərbaycan kişi boksçuların turnirində çıxış edəcək. Yığmamızın məşqçilər korpusu yarışda 7 idmançını sınaqdan keçirəcək. “Strandja” turnirində Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədli (91 kq) mübarizə aparacaqlar.
Ölkəmizi Bolqarıstanda hakim kimi Fikrət Hacıyev təmsil edəcək.
Yığmamız Boks Mərkəzindəki təlim-məşq toplanışını sabah başa vuracaq. Komandamız ilin ilk beynəlxalq yarışına fevralın 17-də gecə saatlarında yollanacaq.
Qeyd edək ki, “Strandja” turnirinə 34 ölkədən 300-dən artıq boksçunun qatılacağı gözlənilir.
Oxşar xəbərlər
Boksçularımız beynəlxalq turnirə yollandı
Azərbaycan millisinin heyəti açıqlandı
Boksçumuz Yusif Məsudzadə “Strandja” turnirinə qələbə ilə başladı
Yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı
Boks yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası