reklam
Azərbaycanlı Forda uduzdu, mübarizəni dayandırdı
Sportfm.az xəbər saytı

Azərbaycanlı Forda uduzdu, mübarizəni dayandırdı


Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja" turniri davam edir.

Sportfm.az xəbər verir ki, 69-cu dəfə keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Boksçularımızdan Ümid Rüstəmov (56 kq) amerikalı Raymond Fordla üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan çempionu Eldar Quliyev (81 kq) də debütdə məğlubiyyətə üzülüb. O, Mixail Koxançiklə (Qazaxıstan) döyüşdə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, yarışın üçüncü günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq.

Oxşar xəbərlər

Boksçularımız mübarizəyə başladı - Dünya çempionatı
Bolqarıstan boksçumuz üçün düşərli oldu
İranlını döyüb ukraynalını gözləyir
Boksçumuz Yusif Məsudzadə “Strandja” turnirinə qələbə ilə başladı
Boks yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər