Belə etiraz görülməyib! - İdman alətlərini yandırdılar -FOTO
Avropada qış turizminin mərkəzlərindən sayılan Türkiyənin Uludağ kurortunda qeyri-adi etiraz gündəmi zəbt edib.
Sportfm.az saytı xəbər verir ki, Türkiyə Kayak və Snowboard Öğretmenleri Derneğinin üzvləri hazırda Koreya Respublikasında davam edən qış olimpiadasında türkiyəli idmançıların göstərdiyi nəticələrə etiraz edərək, özlərinin idman alətlərini yandırıblar. 82 ildir olimpiya oyunlarına qatılan Türkiyənin belə nəticələrə imza atmağa haqqının olmadığını düşünən idmançılar xərclənən böyük maliyyə vəsaitinə baxmayaraq, işlərin düzgün qurulmadığını düşünür.
Qeyd edək ki, Koreyeda Türkiyəni 8 idmançı təmsil edir. Bu idmançılardan yalnız biri - Özlem Çakırcıoğlu çıxışını baça vurub. İdmançı böyük slalom yarışında 57-ci olub.
Oxşar xəbərlər
Azərbaycan Ağır Atletika Federasiyası idmançıların etirazına cavab verdi - Gecikmə federasiyadan yox, klubdandır
Bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz etdi, çempion oldu - FOTO
Olimpiadada yeganə idmançımız yarışa niyə qatılmadı?
Pxençan-2018: "Olimpiya kəndi"ndə görüş
Pxençan-2018: idmançıların paradında Azərbaycan komandasının keçidi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası