Yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı
Boks üzrə Azərbaycan milli komandasının fevralın 19-da Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək ənənəvi beynəlxalq "Strandja" turniri üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, 69-cu dəfə keçiriləcək yarışda kişi və qadınlar 10 çəki dərəcəsi üzrə qalibləri müəyyənləşdirəcəklər.
Azərbaycan kişi boksçuların turnirində təmsil olunacaq. Yığmanın məşqçilər korpusu 7 idmançını - Araz İmaməliyev (49 kq), Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov (56 kq), Sayad Lalayev (60 kq), Elvin İsayev (64 kq), Eldar Quliyev (81 kq) və Rahil Məmmədlini (91 kq) sınaqdan çıxaracaq. Fikrət Hacıyev isə hakim kimi rinqdə olacaq.
Qeyd edək ki, bir həftəyədək davam edəcək "Strandja" turnirinə 34 ölkədən 300-dən artıq boksçunun qatılacağı gözlənilir.
Oxşar xəbərlər
Boksçularımız beynəlxalq turnirə yollandı
Azərbaycan millisinin heyəti açıqlandı - Beynəlxalq turnir
Azərbaycan millisinin heyəti açıqlandı
Boks yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı
“Strandja” turnirində 7 idmançımız sınaqdan keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası